Icma.az
close
up
RU
32 ildən sonra Bakı Ağdam qatarı yola düşdü Cədvəl, qiymətlər və xidmətlər

32 ildən sonra Bakı Ağdam qatarı yola düşdü Cədvəl, qiymətlər və xidmətlər

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gündən etibarən Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinə start verilib. 32 ildən sonra Ağdama ilk sərnişin qatarının yola düşməsi Böyük Qayıdış prosesinin daha bir əlamətdar hadisəsi kimi qiymətləndirilir.

BAKU.WS xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) məlumatına görə, sərnişinlər İsveçrənin "Stadler" şirkətinin istehsalı olan müasir "FLIRT" markalı qatarlarla səyahət edəcəklər. Sonuncu dəfə bu istiqamətdə sərnişin qatarı 1993-cü ildə hərəkət etmişdi. O zaman Bakıdan Ağdama qədər olan 371 km məsafə 8 saat yarıma qət olunurdu.

Qatarların hərəkət qrafiki belədir:

-Bakıdan Ağdama qatar hər şənbə saat 07:10-da yola çıxır və 11:53-də Ağdama çatır.

-Ağdamdan Bakıya qayıdış isə eyni gün saat 18:20-də başlayır, qatar 22:55-də Bakı Dəmiryol Vağzalına daxil olur.

Marşrut üzrə qatar Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarında dayanacaq edir.

Bakıdan Bərdə, Köçərli və Təzəkənd stansiyalarına qədər biletlərin minimum qiyməti 12 manat, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə qədər isə 12 manat 80 qəpik təşkil edir.

Sərnişinlər üçün standart, standart+, biznes və birinci sinif səyahət imkanları mövcuddur. Həmçinin qatarın daxilində ödənişsiz Wi-Fi xidməti təqdim olunur.

Xatırladaq ki, bu marşrut üzrə biletlərin satışına avqustun 27-dən başlanılıb. Bilet alışı zamanı icazə sistemi avtomatik şəkildə təmin edilir ki, bu da işğaldan azad edilmiş ərazilərə səyahəti daha rahat və təhlükəsiz edir.

Bakı–Ağdam dəmir yolu Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, Ağdam və ətraf bölgələrin sosial-iqtisadi inkişafına və Böyük Qayıdışa mühüm töhfə verəcək

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 Avqust 2025 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri