Icma.az
close
up
RU
32 ildən sonra ilk dəfə: “Bakı Ağdam marşrutunun açılması...”

32 ildən sonra ilk dəfə: “Bakı Ağdam marşrutunun açılması...”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, 32 ildən sonra ilk dəfə Bakıdan Ağdama sərnişin qatarı yola düşüb.

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin təşkilatçılığı ilə hərəkətə başlayan müasir “Stadler” qatarı səhər saat 07:10-da paytaxtdan çıxaraq 11:53-də Ağdama çatıb.

Üç gün ərzində bütün biletlərin satılması bu hadisənin simvolik mahiyyətini ortaya qoyur.Maraqlıdır, Bakı-Ağdam marşrutunun işə düşməsi Azərbaycanın Qarabağ siyasətində hansı mesajları verir?

"Cebheinfo.az"a danışan politoloq Tural İsmayılov bildirib ki, Bakı-Ağdam qatarının 32 ildən sonra işə düşməsi həm ictimai, həm də siyasi müstəvidə olduqca önəmli hadisədir.

Politoloq qeyd edib ki, bu addım Azərbaycanın Qarabağ siyasətində bir reallığın təsdiqi rolunu oynayır:

"Qarabağ artıq uzaq düşmüş və uzun illər əlçatmaz qalmış bir məkan deyil, ölkənin ümumi nəqliyyat, iqtisadi və sosial sisteminin ayrılmaz parçasıdır. Qatar yolunun açılması həm simvolik, həm də praktiki baxımdan Qarabağın reinteqrasiyasının təməl göstəricilərindən biridir".

Onun sözlərinə görə, hadisənin ictimai tərəfi də xüsusi vurğulanmalıdır: "İlk səfərə çıxan qatarda bütün yerlərin dolması cəmiyyətin bu hadisəni necə həvəslə qarşıladığını göstərdi. Bu, həm nostalji hissləri, həm də gələcəyə olan inamı ifadə edir. İnsanlar Ağdama qatarla getməyi sadəcə bir yol səyahəti deyil, eyni zamanda qayıdışın, birliyin və milli qürurun ifadəsi kimi görürlər".

Politoloq vurğulayıb ki, Bakı-Ağdam marşrutunun açılması yalnız nəqliyyat hadisəsi deyil, həm də strateji və siyasi mesaj verir:

"Siyasi müstəvidə isə Bakı-Ağdam marşrutu açıq mesaj verir. Azərbaycan yalnız hərbi qələbə ilə kifayətlənmir, həm də azad olunmuş ərazilərin sürətli dirçəlişi və gündəlik həyata inteqrasiyası üzərində işləyir. Bu, həm daxili auditoriyaya dövlətin sözünün üstündə durduğunu göstərir, həm də beynəlxalq aləmə “Qarabağ Azərbaycanın nəzarətindədir, buraya həyat qayıdır” mesajını çatdırır.

Yəni Bakıdan Ağdama qatar yolunun açılması təkcə nəqliyyat hadisəsi deyil, Azərbaycanın Qarabağ siyasətində siyasi möhkəmlənmə, ictimai yaddaşın bərpası və milli birlik simvoludur". 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: Bakı-Ağdam marşrutu Tural İsmayılov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Avqust 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri