Icma.az
close
up
RU
32 ildən sonra qayıdan şəhid: Rəşadət Piriyevin taleyi necə müəyyənləşdi?

32 ildən sonra qayıdan şəhid: Rəşadət Piriyevin taleyi necə müəyyənləşdi?

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Birinci Qarabağ müharibəsi (1991–1994) nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının itkin düşməsi məsələsi bu gün də ölkəmiz üçün ən ağrılı humanitar problemlərdən biri olaraq qalmaqdadır. Rəsmi məlumatlara əsasən, ümumilikdə 4005 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb ki, onlardan 3999 nəfəri məhz Birinci Qarabağ müharibəsi dövründə itkin düşüb. İtkin düşənlərin 3218 nəfəri hərbi qulluqçu, 781 nəfəri isə mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 287 qadın və 334 ahıl şəxsin olduğu bildirilir.

Son illərdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı axtarış, qazıntı və ekshumasiya işləri nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində mühüm nəticələr əldə olunmuşdur. Müxtəlif ərazilərdə aparılan araşdırmalar zamanı təxminən 586 nəfərə aid insan qalıqları aşkar edilmişdir. Müasir DNT analizləri vasitəsilə həmin qalıqlardan 187 nəfərin şəxsiyyəti müəyyən olunmuş, onların ailələrinə təhvil verilərək layiqincə dəfn edilməsi təmin edilmişdir. Digər qalıqların identifikasiya prosesi isə hazırda davam etdirilir.

Araşdırmalar nəticəsində keçmiş döyüş bölgələrində və uzun illər işğal altında olmuş digər ərazilərdə ümumilikdə 32 kütləvi məzarlıq aşkar edilmişdir. Həmin məzarlıqlardan yüzlərlə insan qalıqlarının çıxarıldığı bildirilir. Bu faktlar müharibənin ağır humanitar nəticələrini və itkin düşmüş şəxslər probleminin miqyasını bir daha ortaya qoyur.

Hazırda aidiyyəti dövlət qurumları tərəfindən axtarış, ekshumasiya və identifikasiya işləri davam etdirilir. Aşkar olunan insan qalıqlarının şəxsiyyətinin müəyyənləşdirilməsi, onların ailələrinə qaytarılması və bütün araşdırmaların beynəlxalq humanitar hüquq normalarına uyğun aparılması istiqamətində müvafiq tədbirlər görülür. Azərbaycan tərəfi itkin düşmüş şəxslərin taleyinin tam şəkildə aydınlaşdırılması üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirilməsinin vacibliyini daim vurğulayır.

Hələ 2023-cü iil sentyabrın 18-də "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində Prezident İlham Əliyev bildirmişdir ki, 

"30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir. Mən itkin ailələrini əmin edirəm ki, Vətən uğrunda döyüşlərdə itkin düşmüş bütün şəxslərin taleyinin aydınlaşdırılması üçün səylərimizi əsirgəməyəcəyik.

İtkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, barışıq baxımından da vacibdir. Bu sahədə əməkdaşlıq effektiv etimad quruculuğu tədbirlərindən biri ola bilər".

Bu günlərdə, 32 ildən sonra nəşinin qalıqları ailəsinə təhvil verilən şəhidlərimizdən biri də 1 oktyabr 1973-cü ildə Bərdə rayon Yeni Daşkənd kəndindən anadan olan Rəşadət Piriyevdir. Kəlbəcər, Laçın, Ağdam, Ağdərə uğrunda gedən ağır döyüşlərdə həm rabitəçi operator, həm də hərbi texnikanın zərərsizləşdirilməsi üzrə əməliyyatçı kimi iştirak edib. 11 fevral 1994-cü ildə Kəlbəcərin Yanşaq kəndi uğurunda gedən döyüşlərdə şəhid olub.
Onun taleyinin uzun illərdən sonra müəyyənləşdirilməsi həm ailəsi, həm də bütövlükdə cəmiyyətimiz üçün böyük mənəvi əhəmiyyət daşıyır. Rəşadət Piriyev kimi Vətən uğrunda canından keçmiş igidlərin xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaqdır.

Xalqımızın qəhrəman oğullarının — Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi şəhidlərinin tökülən qanı yerdə qalmamışdır. Məhz onların misilsiz qəhrəmanlığı, fədakarlığı və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilmiş, dövlətimizin ərazi bütövlüyü və suverenliyi, xalqımızın milli ləyaqəti bərpa edilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Rizvan Nəbiyev,
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 May 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see453

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see364

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see361

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see356

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see333

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see330

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see320

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see317

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see316

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see312

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see300

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see290

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see285

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see275

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see272

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see263

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see262

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see257

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see255

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see245
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri