32 il əvvəl itkin düşən şəhid Rəşadət Piriyev Bərdədə dəfn edilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bərdə, 22 may, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və 32 ildən sonra kimliyi müəyyən edilən Piriyev Rəşadət Əli oğlunun meyitinin qalıqları Bərdə rayonunda dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində keçirilən vida mərasimində Bərdə və Tərtər Rayon İcra Hakimiyyətlırinin, YAP Bərdə rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, deputatlar, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, hərbiçilər, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər.
Vida mərasimindən sonra Rəşadət Piriyev Yeni Daşkənd kənd qəbiristanlığında dəfn edilib. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil, gül dəstələri düzülüb.
Qeyd edilib ki, Rəşadət Piriyev 1973-cü ildə Bərdə rayonu Yeni Daşkənd kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Vətənimizin müdafiəsində iştirak edən R.Piriyev 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Bağırlı və Yanşaq kəndlərinin ərazisində Qızılqaya yüksəkliyində itkin düşmüşdü. Onun şəxsiyyəti aparılan müvafiq ekspertiza nəticəsində müəyyən olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 22 May 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















