Icma.az
close
up
RU
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik?

32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyənləşib. 

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Həmin qərara əsasən, bakalavriat üzrə hər bir təhsilalana düşən 4 illik ən yüksək təhsil haqqı fərqlidir. Belə ki, həmin təhsil xərcinə əsasən məsələ, "Bəstəkarlıq" fakültəsində bir tələbəyə 1 illik-9 min manat, 4 illik təhsil xərci olaraq 36 min manat ayrılırsa, bəzi ixtisaslar üzrə illik qiymətlər 2100-2400 arasında dəyişir. 

Maraq doğuran odur ki, bu gün ölkədə ən reytinqli ixtisaslardan hesab edilən "Müalicə işi" fakültəsində bir tələbəyə illik 8000, 4 illik 32000 manat xərclənsə də, peşəkar həkimlərin sayı barmaqla sayılacaq qədərdir. Yaxud "Bəstəkarlıq" ixtisası üzrə 1 tələbəyə illik 9 min, 4 illik 36 min vəsait xərclənsə də, bu gün ölkədə əsərləri dillər əzbəri olan bəstəkarların sayı da çox azdır. Dövlət bir tələbə üçün bu qədər vəsait ayırdığı halda niyə ölkədə ixtisaslı kadrlar yetişmir? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Vüsal Kərimli "Cebheinfo.az"-a bildirib ki, dövlət tərəfindən ayrılan təhsil xərclərində incəsənət sahəsinə dövlət dəstəyi digər sahələrlə müqayisədə 2 -3 dəfə daha çox olması reallıqdır: 

"Çünki həmin sahələr üzrə tələbə sayı çox az olur. Yəni, burada həmin sahələrdə söhbət keyfiyyətli təhsil aparılmasından getmir. Məsələn, ingilis dili, tarix müəllimliyi kimi ixtisaslara qəbul olan tələbələrin sayı minlərlə olduğu halda incəsənət sahəsi üzrə təhsil alanların sayı 10-50 nəfərdir. Bunun üçün dövlət mədəniyyət və incəsənət sahəsində kadr hazırlığını və onun təminatının olması üçün daha çox vəsait ayırır. Bu nöqteyi-nəzərdən məsələ anlaşılandır. 

O ki qaldı niyə bu vəsaitin müqabilində əvvəlki kimi incəsənət xadimlərimizin yetişməməsinə, mən düşünürəm ki, incəsənət istedad tələb edən bir sahədir. Bu gün  dünyada məşhur olmasa da, yaxşı incəsənət xadimlərimiz var. Həmin insanların yetişməsi üçün zamana ehtiyac var. Bir gənc məzun olan kimi iş tapacaq, məşhur olacaq deyə anlayış yoxdur. O illərlə öz üzərində işləməklə yerli, sonra da beynəlxalq aləmə çıxa bilir. Bu baxımdan, dövlətin cəmi bir neçə nəfər üçün daha çox vəsait ayırması anlaşılandır". 

Ekspertin sözlərinə görə, dünyada bir tələbəyə ayrılan dövlət vəsaiti ölkədən-ölkəyə dəyişir: 

"Məsələn, İngiltərənin bu il təyin etdiyi vəsaitə gəldikdə, bir tələbə üçün 9535 avro müəyyənləşdirib. Ancaq bu, yerli vətəndaş olan ingilis tələbələrə şamil olunur. Türkiyədə isə dövlət universitetlərində ödənişli təhsil yoxdur". Ekspert deyir ki, dövlət universitetlərində ayrılan vəsaitə əsasən tələbə o xərcləri doğrultmur: " Düşünürəm ki, tələbələr onu tam doğrulda bilmirlər. 

Məsələ, ölkədə aqrar sahə ilə bağlı ixtisaslar yalnız Azərbaycan Dövlət Aqrar Universitetində tədris edilir. Orada təhsil haqlarını 100 faiz dövlət qarşılayır. Ancaq görünən odur ki, kənd təsərrüfatımız istədiyimiz qədər inkişaf edə bilmir və lazımi kadrlar yetişmir. Bunun da əsas səbəbi ondan ibarətdir ki, universitetlər regionda yerləşdiyi üçün cəlbedici olmur və həmin ali təhsil ocağına aşağı ballı tələbələr qəbul olunur. Həmin tələbələrin də intellekti o qədər yüksək deyil. 

Burada ciddi bir aksioma yaranır. Əslində dövlət bu sahələri prioritet hesab edir və kardrlar yetişdirməyə çalışır. Onu da qeyd edim ki, həmin universitetdə ikili proqramlar həyata keçirilir. Türkiyə və digər ölkələrin universitetlərilə əməkdaşlıq edirlər. Ancaq tələbə adekvat deyil. Tələbə qəbulunda bal çox aşağıdır. Tələbat olmadığına görə az ballı abituriyentlər orada təhsil alır. Ancaq ümumilikdə özlərini doğrultmurlar". 

Müəllimlərin istənilən təhsili verə bilmədiyinə gəldikdə isə eksperin fikrincə, Sovet dövründə də təhsilin keyfiyyəti o qədər yüksək deyildi: 

"Birincisi, SSRİ qapalı bir məkan idi. O zaman geniş istiqamətli mütəxəssislər yetişdirə bilmirdilər. İkincisi, Sovet dövründə elm və texnika bu qədər inkişaf etməmişdi. Hazırda kadr hazırlığına dövlət bu qədər vəsait ayırır. Prezidentin sərəncamları var, dövlət proqramına əsasən gənclər xaricdə təhsil alırlar. Onlar qayıdıb gəldikdən sonra təhsilə ciddi yatırımları olacaq. 

Ancaq o fikirlə razıyam ki, bəzi universitetlərimizdə akkreditasiya qaydalarının tələbləri ödənilmir. Yəni, müəllim- tələbə, elmi dərəcə nisbətini göstərmək olar. Bunun da müəyyən səbəbləri, elmi dərəcənin alınmasında çətinlik, bürokratik əngəllər var. Ancaq razıyam ki, müəllimlərin də çox hissəsi günün tələblərinə tam adekvat deyil". 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Açar sözlər: ixtisas dövlət sifarişi Vüsal Kərimli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 May 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

22 İyun 2025 08:27see168

Tramp: Fordo artıq yoxdur

22 İyun 2025 05:39see119

Azərbaycan rəqabətqabiliyyətli dövlətlər qrupuna daxil olub

22 İyun 2025 09:32see117

Röya Ayxan Anardan danışdı

23 İyun 2025 13:37see117

Almaniya müharibəyə hazırlaşır

23 İyun 2025 17:59see116

Almaniya nəhəngi Liverpul un iki vingerini birdən almaq istəyir

22 İyun 2025 22:00see114

Bakıda toyda DAVA

22 İyun 2025 20:11see114

Britaniya məmurları bir ildə 1,3 milyon dəyərində 2 min mobil cihaz itirib

22 İyun 2025 16:45see114

Məşhur mağazalar şəbəkəsinin müdiri meneceri bıçaqladı

22 İyun 2025 18:26see113

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see112

ABŞ müdafiə naziri hücum təfərrüatlarını AÇIQLADI: 125 təyyarə ilə...

22 İyun 2025 16:46see112

Bu bürcə XƏBƏRDARLIQ

22 İyun 2025 22:53see112

Polis niyə maşının arxa farasına toxunur? Bu hərəkət həyatı xilas edə bilər

22 İyun 2025 22:10see111

10 illik xəyanət planlarının üstü açıldı ŞƏRH

22 İyun 2025 06:44see111

Savadsız müəllimə güzəşt gələcəyimizə xəyanətdir! Ekspert

23 İyun 2025 08:25see111

Nüvə obyektlərinə silahlı hücumlar heç vaxt baş verməməlidir BAEA rəhbəri

23 İyun 2025 01:12see111

Roma Papası dünya liderlərinə çağırış etdi: Müharibəni dayandırın

22 İyun 2025 17:43see111

Netanyahu: İsrail İranda qarşısına qoyduğu hədəflərə çatmağa çox yaxındır

23 İyun 2025 00:18see111

Daha tez xarab olurlar: 3 çox etibarsız avtomobil

22 İyun 2025 20:11see110

Tramp öz xaqını aldatdı

23 İyun 2025 07:36see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri