Icma.az
close
up
RU
Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

2025-ci il bir sıra sahələrlə yanaşı dünya ölkələrinin statistikasında tuizm sahəsində də rekord göstəricilərlə yadda qaldı. 

Turzim sektorunda əsas gəlir gətirən sahələrdən biri də sağlamlıq turizmidir. Qlobal səhiyyə turizmi gəlirlərinin təxminən 100 milyard dollar olduğu təxmin edilsə də, 2028-ci ilə qədər bu rəqəmin 127 milyard dollara çatacağı proqnozlaşdırılır. "Cebheinfo.az" xəbər verir ki, sağlamlıq turizminin ən çox inkişaf etdiyi ölkələrdən biri də Türkiyədir.

2025-ci il Türkiyə iqtisadiyyatı üçün sağlamlıq turizmi baxımından böyümə ili oldu. Tibbi turizmdə əhəmiyyətli bir irəliləyiş əldə edilib. Türkiyə 2024-cü ildə 1,5 milyondan çox xarici xəstəyə xidmət göstərərək 3 milyard dollar gəlir əldə edib. Bu gəlirin 2025-ci ildə 12 milyard dollara olacağı gözlənilir. 

Türkiyə 2028-ci ilə qədər səhiyyə turizmi gəlirlərini 20 milyard dollara çatdırmağı hədəfləyir. Almaniya, Böyük Britaniya, Rusiya, İraq, Azərbaycan və Yaxın Şərq ölkələri Türkiyəyə ən çox xəstə göndərən ölkələr arasındadır. Estetik cərrahiyyə, diş müalicəsi, göz sağlamlığı, onkologiya, orqan transplantasiyası və piylənmə cərrahiyyəsi ən çox üstünlük verilən sahələr arasındadır. 

Saç transplantasiyasında dünya lideri olan Türkiyə orqan transplantasiyası üzrə ilk 10-luqda yer alır. İnvestisiyalar və dövlət dəstəyi sayəsində sağlamlıq turizmi üçün qlobal mərkəzə çevrilən ölkə geriatriya, kök hüceyrə terapiyası, robot cərrahiyyəsi və termal turizm sahəsində inkişaf etməyi hədəfləyir. Xüsusilə estetika sahəsində tələbat, Türkiyəni qlobal miqyasda ən yüksək sıralara çıxarıb. 

Botoks, doldurucular və cərrahi olmadan üz qaldırma kimi prosedurlar turistlər tərəfindən ən çox tələb olunan müalicə üsullarıdır.Türkiyə Statistika İnstitutunun (TÜİK) 2025-ci il estetik sağlamlıq turizmi hesabatına görə, ölkə tibbi estetik prosedurlarda qlobal miqyasda 6-cı yerdədir. 

Botoks, doldurucular və cərrahi olmayan üz qaldırma kimi cərrahi olmayan üsullar həm yerli, həm də xarici xəstə sayında əhəmiyyətli bir artım yaradıb. 2025-ci ildə dünyada estetik turizmin ən sürətlə böyüyən seqmenti cərrahi olmayan üz cavanlaşdırma prosedurları idi. Bu sahədə artım tempi cərrahi prosedurlardan 35% yüksək idi. 

Estetik turizm 2025-ci ildə dünya miqyasında rekord həcmə - 50 milyard dollara çatıb. Cənubi Koreya, ABŞ, Braziliya və Türkiyə bu bazarın ən böyük payını alan ölkələr arasında idi. Seul, İstanbul və San Paulo kimi şəhərlər estetika sahəsində xüsusilə önəmlidir. 

Türkiyədə həyata keçirilən tibbi estetik prosedurlar və saç transplantasiyasının uğurla tətbiq olunması nəticəsində Rusiyadan gələn turistlərin sayında da artıma səbə olub. Yeni hazırlanmış qeyri-cərrahi texnika sektorda fərq yaradır. 

Türkiyə sağlamlıq turizmində 2026-cı ildə beynəlxalq xəstələrin sayını artırmağı hədəfləyir. Yalnız texniki aspektlərdə deyil, həm də etik və keyfiyyət standartlarında region üçün nümunə olmağı düşünür. 

Azərbaycanda sağlamlıq turizmi hansı səviyyədədir? 

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 milyon 171,6 min nəfər turist gəlib. Azərbaycanda turizmin digər növləri kimi sağlamlıq turizmi də istənilən səviyyəyə hələ ki, gəlib çatmayıb. 

Dövlət Turizm Agentliyinin son məlumatına görə, son illərdə sağlamlıq turizminə olan marağın artması ilə əlaqədar bir sıra yerli turizm şirkətləri sanatoriya və müalicə müəssisələri ilə əməkdaşlıq çərçivəsində turpaketlər hazırlayır. 2024-cü ilin statistik göstəricilərinə görə, Azərbaycanın sağlamlıq turizmi xidmətlərindən yararlanmaq məqsədilə ümumilikdə 23 272 xarici vətəndaş ölkəyə səfər edib. 

Onlardan təxminən 83,4%-i MDB ölkələrindən gələnlər olub. Ən çox turist qəbul edilən ölkələr sırasında Rusiya (15 360 nəfər) birinci yerdədir. Daha sonra Qazaxıstan (2 199 nəfər), Türkiyə (1 311 nəfər), Gürcüstan (1 068 nəfər) və Özbəkistan (935 nəfər) gəlir. İlk onluğa Qırğızıstan, Türkmənistan, Tacikistan, Ukrayna və Belarus da daxildir. 

Sağlamlıq turizmi sahəsində Azərbaycanda ənənəvi və müasir müalicə imkanlarından danışarkən əsasən İstisu, Turşsu, Badamlı, Qalaaltı ən tanınmış müalicəvi su mənbələri göstərilir. Eləcə də Azərbaycanın ən mühüm kurort resurslarından biri olaraq Naftalan nefti və eyni zamanda, Naxçıvanda nadir duz dağı ilə təbii müalicə üsulları qeyd edilir. 

Ancaq 2025-ci ildə ölkəyə gələn turistlərin ümumi sayına baxsaq, burada sağlamlıq turizminin heç də uğurlu nəticələrini görmək mümkün deyil. Eyni zamanda, bu gün Azərbaycanın Türkiyəyə ən çox sağlamlıq turizmi ilə bağlı müraciət edən ölkələr sırasında yer alması da bunu deməyə əsas verir. 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Açar sözlər: müalicə xaric

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:314
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Yanvar 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri