Icma.az
close
up
RU
“3+3 də əsas olan məkan yox, səmimiyyətdir”

“3+3 də əsas olan məkan yox, səmimiyyətdir”

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“3+3 formatı İkinci Qarabağ müharibəsindən sonra post-münaqişə dövrü üçün Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın təşviq edilməsinə xidmət edən çox mühüm regional platformadır. Bu təşəbbüs Prezident İlham Əliyev tərəfindən irəli sürülüb və biz əvvəldən qeyd etmişik ki, əməkdaşlıq istiqamətində inkişafı baxımından olduqca əhəmiyyətlidir”.

Bunu Xalqcəbhəsi.az-a açıqlamasında politoloq Xəyal Bəşirov deyib.

Politoloqun sözlərinə görə, formatın Azərbaycan, Gürcüstan və Ermənistanla yanaşı, Türkiyə, Rusiya və İranı da bir masa arxasına gətirməsi Cənubi Qafqazın öz daxili maraqlarına xidmət edən mühüm modeldir:

“Cənubi Qafqaz proseslərinə kənar müdaxilə olduğu halda problemlərin həll olunmadığını dəfələrlə görmüşük. Azərbaycan tərəfi Avropa və ya Skandinaviya ölkələri ilə deyil, məhz region dövlətləri ilə platforma yaratmaq istəyirdi. Bu isə bir çox xarici güclərin maraqlarına uyğun gəlmirdi. Lakin artıq Ermənistan da illər sonra Azərbaycanın dediyi mövqeyə yaxınlaşır. 8 avqustda Vaşinqtonda keçirilən görüşdə tərəflərin bir sıra məsələləri geridə qoyması bunu göstərir. 3+3 formatı ATƏT-in Minsk Qrupu kimi kənar təsir gücü olan, lakin nəticə verməyən platformaları arxa plana keçirir. Buna görə gələcəkdə görüşlərin Bakıda, İrəvanda, Tbilisidə və ya region ölkələrinin paytaxtlarında keçirilməsi mümkündür. Lakin burada əsas məsələ görüşün harada baş tutması deyil. Əsas odur ki, müzakirə olunan məsələlərə dövlətlər səmimi yanaşsın. Görüşlərin nəticə verməsi üçün praktiki addımlar vacibdir.Əgər müzakirələrdən sonra real addımlar atılmayacaqsa, görüşlərin yeri heç bir əhəmiyyət daşımayacaq. Bu platformada Cənubi Qafqaz xalqlarını və dövlətlərini maraqlandıran məsələlər müzakirə olunur və bu müzakirələrin ardınca konkret addımların atılması tələb olunur. Azərbaycanın mövqeyi və niyyəti bəllidir – ölkə təşəbbüsçüdür və sülhə hazırdır”.

Xəyal Bəşirov qeyd edib ki, əsas məsuliyyət Ermənistanın səmimiyyətindədir:

“Əgər Ermənistan bu platformada səmimi iştirak etməsə, o zaman görüşün Bakıda, İrəvanda və ya başqa şəhərdə keçirilməsinin heç bir mənası qalmayacaq”.

Günel Elxan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Dekabr 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri