“3+3” formatı bölgə dövlətlərinin inkişafı üçün çıxış yoludur
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Türkiyə və Azərbaycanla birlikdə “3+3” formatında növbəti görüşə hazırlıq aparır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov Gürcüstanın da danışıqlara qoşulmasının arzuolunan olduğunu vurğulayıb: “Türkiyə və Azərbaycanla birlikdə artıq ‘3+3’ formatının əsas üzvləri ilə nazirlər səviyyəsində iki görüş keçirmişik. İndi üçüncü görüş hazırlanır. Gürcü qonşularımız hazırda iştirakdan yayınırlar. Lakin biz hər zaman vurğulayırıq ki, onlar üçün qapı açıqdır. Həmkarım cənab Hakan Fidan nazirlərin üçüncü görüşünün keçirilməsini fəal şəkildə dəstəkləyir. Hazırda görüşün yeri müəyyənləşdirilir. Ümid edirəm ki, bu proses mümkün qədər tez yekunlaşacaq”.
Siyasi şərhçi Azər Qasımov Bakıvaxtı.az-a deyib ki, region ölkələrini birləşdirəcək “3+3” formatı bölgə dövlətlərinin gələcək inkişafı üçün tək çıxış yoludur.
Ekspert vurğulayıb ki, “3+3” formatı bu altı ölkənin bir-biri ilə sivil əməkdaşlıq etməsinin unikal yoludur:
“Gürcüstanın bu formatdan kənar durmasının səbəbi bəllidir. Rusiya XİN başçısı Sergey Lavrovun Gürcüstanın da formata qoşulmasının arzuolunan olduğunu bildirməsi müsbət mesajdır. Görünən odur ki, Rusiya-Gürcüstan münasibətlərindəki gərginlik yaradan problemlərin həlli istiqamətində mühüm addımlar atıla bilər. Gürcüstan və Rusiyanın münasibətlərində əslində açıq gərginlik yoxdur. Gürcüstan hakimiyyətinin hətta Rusiyayönümlü olduğu bəllidir. Amma ərazilərinin Rusiya tərəfindən işğalı ilə əlaqədar olaraq diplomatik münasibətlər aşağı səviyyədədir”.

Azər Qasımov: Regionun iri dövlətlərinin bu formata səmimi yanaşması həlledici ola bilər
Analitik hesab edir ki, “3+3” formatının reallaşması üçün geosiyasi durum qeyri-müəyyən olsa da, region ölkələrinin iradəsi bunu reallığa çevirə bilər:
“Regionun iri dövlətlərinin bu formata səmimi yanaşması həlledici ola bilər. Rusiya və İran üzərindən gedən proseslərin regional təsirlərini ancaq bu iki ölkənin ətraf Cənubi Qafqaz ölkələrinə özlərinin təhlükəsizliyinin qorunması baxımından təhlükə yox, əksinə sipər kimi qəbul etmələri 3+3 formatının geosiyasi anlamını dəyişə bilər ki, bu da bütün region ölkələrinin təhlükəsizliyini təmin edə bilər”.
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 03 Fevral 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















