Icma.az
close
up
RU
“3+3” formatı Cənubi Qafqaz üçün nə vəd edir? AÇIQLAMA

“3+3” formatı Cənubi Qafqaz üçün nə vəd edir? AÇIQLAMA

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Cənubi Qafqazda mövcud regional dinamikada “3+3” formatının rolu getdikcə aktuallaşır. Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarovanın bu platformanın əhəmiyyətinin bu vurğulaması regionda sülh və əməkdaşlığın bərqərar olması üçün əsas səmərəli mexanizm kimi qəbul edilə bilməz”.

Bunu Metbuat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. Politoloq bildirib ki, bu format xüsusilə Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadın və münasibətlərin normallaşması üçün vacib vasitə ola bilər:

“Azərbaycanın postmüharibə dövründə təşəbbüs göstərərək formalaşdırdığı bu platforma üç Cənubi Qafqaz ölkəsini və onların əsas qonşularını birləşdirərək iqtisadi, nəqliyyat və mədəni-humanitar sahələrdə dialoqun inkişafına şərait yaradır.

Lakin, Rusiya ilə münasibətlərin müəyyən qədər sərinləşdiyi, Ermənistanın Qərb və digər güclərlə daha sıx əlaqə axtardığı bir şəraitdə Rusiyanın belə bir görüşü xatırlatması regional məsələlərin həllində öz nüfuzunu davam etdirmək istəyinin göstəricisidir. Bu baxımdan, “3+3” təşəbbüsü regional normallaşma prosesində Rusiya üçün mühüm siyasi amil olaraq qalmaqdadır”.

Politoloq hesab edir ki, platformanın effektivliyi üçün həm Ermənistan, həm də digər iştirakçıların ciddi siyasi iradəsi və dialoq meyli tələb olunur:

“Format həm təhlükəsizlik, həm iqtisadi inkişaf, həm də humanitar əlaqələr üçün imkanlar təqdim edir, lakin bunun reallığa çevrilməsi üçün konkret addımların görünməsi vacibdir. “3+3” formatı Cənubi Qafqazda stabilliyin və regional əməkdaşlığın bərpası istiqamətində perspektivli addımdır. Rusiya ilə münasibətlərin sərinləşdiyi bu dövrdə belə bir görüşün təşviqi, bu formatın həyatiliyi və region üçün önəmini bir daha nümayiş etdirir. Bu, həm də regional siyasətdə yeni bir balansın axtarışının göstəricisi kimi qiymətləndirilə bilər”.

Tural İsmayılov qeyd edib ki, Azərbaycanın maraqlarına uyğun inkişaf etdirilən bu platforma Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq üçün potensial yaradır və regionda normallaşmanın açarlarından biri ola bilər.

Gülbəniz Hüseynli / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 Sentyabr 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri