Icma.az
close
up
RU
33 il sonra Milli Qəhrəman adı verilən Vaqif Qurbanov kimdir?

33 il sonra Milli Qəhrəman adı verilən Vaqif Qurbanov kimdir?

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Prezidentin bu gün imzaladığı Sərəncamla Vaqif Qurbanova ölümündən 33 il sonra Milli Qəhrəman adı verilib.

“Qafqazinfo” xəbər verir ki, baş leytenant Vaqif Qurbanov Qarabağ müharibəsinin alovlandığı bir vaxtda keçmiş sovet aviabazasından (həmin vaxt MDB hərbi qüvvələrinə məxsus Sitalçayda yerləşən) “Su-25” təyyarəsini qaçırmaqla tarixə düşüb.

Həmin hadisə 1992-ci ilin 8 aprel tarixində baş verib.

Şuşanın işğalı günündən sonra Vaqif Qurbanov bu təyyarə ilə döyüş uçuşlarını həyata keçirməyə başlayıb və düşmən mövqelərinə çoxsaylı zərbələr endirib. Təyyarə elə həmin il iyunun 13-də Qarabağ səmasında - Ağdamın Şelli kəndi yaxınlığında ermənilər tərəfindən vurulub.

Lakin cəsur pilot haqqında uzun illər xəbər çıxmayıb. Yalnız hadisədən yeddi il sonra Vaqif Qurbanovun Qarabağ uğrunda gedən döyüşlərdə həlak olduğu barədə ailəsinə xəbər verilib.

2015-ci ildə onun qızı Sevinc ordu sıralarında xidmətə başlayıb.

Belə ki, atası vətən uğrunda Qarabağda şəhid olanda Sevinc 4 aylıq olub. İllər sonra Bakı Dövlət Universitetini bitirərən Sevinc atasının yolunu davam etdirmək üçün zabit hazırlığı kursuna daxil olub.

Qeyd edək ki, Vaqif Qurbanova qaçırdığı hərbi təyyarə ilə Qarabağ səmasında uğurlu uçuşlar etməkdə kömək edən texniki heyət də olub. Onların arasında Fuad Məmmədov, Akif Quliyev, Gülbudaq Bünyatov, Bəşir Əliyev, Elman Cəlilov, Tofiq Şalbuzovun adları çəkilir. Həmin şəxslərin bir neçəsi sonradan uzun illər ordu sıralarında xidmətə davam ediblər.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri