Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Bahadır, milli qəhrəman kimdir, kim sayılmalıdır?

Bahadır, milli qəhrəman kimdir, kim sayılmalıdır?

Icma.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.

Bahadır, milli qəhrəman kimdir, kim sayılmalıdır?

İnsan,həm də sosial faktordur.

Adamın kimliyindən çox, əməli önəmlidir.
Bu günkü anlayışımıza görə etnik, cinsi, düşüncə, şəxsiyyət, qrup kimliyindən asılı olmayaraq bizi ölümdən, əsarətdən, yağmadan, köləlikdən, gerilikdən, hər cür pisliklərdən, bir sözlə əsas bəlalardan qurtaran, xüsusi xidmətlərinə görə seçilən, yaxşılığa qovuşduran, maraqlarımızı savunan, düşmənlə döyüşən qurtarıcı birey, şəxs bizimçün bahadırdır, qəhrəmandır, and yerimizdir. Hər kəs, hər toplum özü ilə bağlı belə bir qərar verə, yəni öz bahadırını, qəhrəmanını müəyyənləşdirə, seçə bilər. Sadalananların əksini edənlər bizimçün düşməndir, xaindir, düşmən üçünsə xidmətçidir. Bahadırın, qəhrəmanın aidiyyət əlamətlərilə eyni olanlar haqlı olaraq onunla fəxr edə bilərlər. Bahadırlar, qəhrəmanlar uğrunda çalışdıqları, vuruşduqları xalqı uğura aparan əməli tərbiyəçilərdir.
Hər bir ailə başçısı öz ailəsinin cavabdehi, bahadırı, qəhrəmanı, and yeridir. Sosial şərtlər dəyişməyincə bu ölçü, biçi qüvvədə qalacaq.
Deyilənlərin məntiqindən göründüyü kimi bahadır, qəhrəman olmanın əsas bəlirləyicisi onun hansı etnikdən, cinsdən, düşüncədən, şəxsi, babelə qrup kimliyindən asılı olması deyil, onun bizi işğaldan, köləlikdən, gerilikdən, hər cür pisliklərdən qoruyan, həyatımızda xüsusi xidmətləri olan, maraqlarımızı savunan, düşmənlə döyüşən qurtarıcı olmasıdır. Başqa sözlə adamın kimliyi yox, əməli önəmlidir, çünki kimlik əməlin yox, əməl kimliyin bəlirləyicisidir, nişançısıdır. Demək, bahadır, qəhrəman sayılan bizim etnikdən, bizim cinsdən, bizim düşüncədən, bizim qrupdan olmaya da bilər, ancaq düşmənə qarşı bizi əsas bəlalardan qurtaran, inkişaf etdirən, bizim maraqları savunduğu qədər bizimkidir. Məni qoruyan, mənə xidmət edən seçkin mənim bahadırımdır, qəhrəmanımdır.
Düşmənimin düşməni mənim dostumdur, düşmənimin dostu dostum deyil, daha çox düşmənimdir, çünki düşmənimə yardım edəndir.
Bahadırın, qəhrəmanın mənim genimdən,elimdən, düşüncəmdən, dəstəmdən olması mənimçün baş ucalığıdır, mənəvi üstünlükdür.
Bu yanaşma fərqli bireylərin, şəxslərin, fərqli xalqların, fərqli güclərin həlledici maraqlar üçün aralarındakı fərqləri adlayıb qarşılıqlı dözümlülüyünü, əsas məsələlərdə birləşməsini, yetərli güc olmaqla özlərini qorumasını, uğurunu təmin edir. Bu yol uzlaşa bilənlərin həyatda qalmasına, inkişafına, barışda yaşamasına, gəlişməsinə ortam, şərait yaradır. Əgər Türklər vaxtında birləşməklə yetərli güc olub özlərini qoruya bilsəydilər son 1386 ildə ərəblərə, farslara və ruslara yenilməzdilər...
Insanların qarşılıqlı, habelə dövlətlə münasibətlərində inzibati, rəsmilik-təbəlik və vətəndaşlıq öhdəliyi hüquqi olduğundan, soydaşlıqdan üstün sayılır, soydaşlıq mənəvi məsuliyyət yaradır, hüquqi yox. Ona görə də biz uğrumuzda çalışanları, savaşanları özəl fərqli kimliklərindən asılı olmayaraq öz coğrafiyamızda, dövlət yurisdiksiyamızda, özəl, milli maraqlarımızın qoruyucusu, özümüzün bahadırımız, qəhrəmanımız, and yerimiz saymalıyıq, çünki onlar bu uğurları öz həyatları bahasına, bizimçün qazanıblar.
Eyni coğrafiyada, eyni dövlət yurisdiksiyasında olan bahadır, qəhrəman onun hansı etnikdən, cinsdən, düşüncədən, şəxsi, babelə qrup kimliyindən asılı olmayaraq o arealın seçilən müsbət xarakterli, sayılan dəyəridir. Bu açıdan bahadır, qəhrəman kimliyindən asılı olmayaraq ortaq dəyər daşıyıcısı, uğrunda çalışdıqlarının sevimlisidir. Bu cür ortaq dəyər olmaq həm də güc itkisinə, yenilməyə aparan fərqliliklərin, ziddiyyətlərin, bölücülüyün neytrallaşdırıcısı, aradan qaldırılması üçün, iş birliyinin qurulması, birləşdiricisi olmaqla çox gərəkli şərtdir. Bu hal o qədər məntiqlidir ki, bunun əksi, yaxud bundan fərqli düşünülməsi gülünc görünür. Əlbəttə, bahadırın, qəhrəmanın hər hansı əlamətini bölüşən kimsə, xalq, millət onu özünkü saymaqda, onunla qürur duymaqda haqlıdır və bu, o biri ortaqlarda əsla qıcıq yaratmalı deyil, çünki belə qısqanclıq düşüncə geriliyi əlaməti olardı...
Bununla belə, növlərin təkamülündən gələn canlıların, o cümlədən insanın genində qarışıqlıq doğal olaraq o qədərdir ki, hansısa millətin öz özəlliklərinin mütləq arılığına, saflığına, aliliyinə aludə olmaqla iddia etməsi, onu başqasının haqqına girəcək qədər qabartması (şovinizm), öz zatını, xalqının soyunu uyduruq *Allah* tərəfinfən seçilmiş, başqalarından üstün sayması əsassız olmaqla gülüş doğurur,ona görə də uyarlıqda yaşamaq üçün hər şeyin sağlam, nisbi və hüquq bərabərliyində olması ilə barışmaq zorundayıq.Hələ onu demirəm ki, genlərin çarpazlaşması daha sağlam gen yaradır...
Bahadırların, qəhrəmanların ortaqlığı etnoslar, xalqlar, millətlər arasında həm də qarşılıqlı sayğı, dözüm, birlik yaradan faktorlardan biri kimi ortaq qürur mənbəyidir. Bu açıdan insanlıq daha çox birləşdirici faktorlara üstünlük verməlidir, nəinki ayırıcı.
Bununla belə, hər kəsin kimliyinə varılmalı, yalnız əməli qiymətləndirilməli, ümumi işimizə, maraqlarımıza dəxli olmayan yadların, habelə saxtaların bahadır, qəhrəman kimi bizə sırınması əslində münaqişə almasıtək, pozuculuq məqsədilə edildiyindən əsla qəbul edilməzdir.
Özəl, milli dəyərlərin bu günə, bu keyfiyyətdə formalaşdığı, inteqrasiya olunduğu,daşındığı çağda başqasının da doğal sayılmalı olan haqqını tanımamaq, gözardı etmək, saymamaq əsla yaramaz.
“Hər şeyin axdığı və dəyişdiyi” (Heraklit, Heğel, K.Marks,F.Engels) açunda, yəni dünyada dəyişməyən heç nə yoxdur, bizim özəl, milli dəyərlərimiz də, başqa sözlə bahadırlara, qəhrəmanlara baxışımız da o sıradan dəyişir. Bu məsələyə münasibətin fərqli çağlarda, fərqli olması normaldır. Dialektik materializm bilimi, elmi bunu öyrədir. Mən bahadırlığa, qəhrəmanlığa bu günkü baxış bucağını sundum.
İnsan haqlarının uyarlıqda təminatı = üstün yaşama.
Bircə qalır vicdanlı tarixçilərimizin, araşdırmaçılarımızın tariximizi sadalanan parametrlərdə düzgün araşdırıb xalqa çatdırması.
Məmmədxan Əzizxanlı, keçmiş prokuror, əmək veteranı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 22 İyul 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri