Icma.az
close
up
RU
33 ildən sonra Xocalıya qayıdış Sakinlər Prezidentlə görüşün təəssüratlarını bölüşdülər

33 ildən sonra Xocalıya qayıdış Sakinlər Prezidentlə görüşün təəssüratlarını bölüşdülər

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Silahlı Qüvvələrimizin 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycan nəzarətinə keçən Xocalının kəndlərindən biri də Badara kəndidir. Burada bu günə qədər sosialyönümlü layihələr icra olunub, hazırda isə işlər davam etdirilir".

Bu sözləri Baku TV-yə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib.

Onun sözlərinə görə, Badaraya ilk mərhələdə köç artıq reallaşıb və sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılıb. Mövcud elektrik, qaz, içməli su və rabitə xətləri bərpa edilib, bir qismi isə yenidən çəkilib. Hazırda kabel xətlərinin çəkilişi davam edir. Kənd daxili yollar asfaltlanıb, park və bayraq meydanı salınıb.

Badara kəndində ümumilikdə 313 fərdi ev var. Onlardan 15-i artıq bərpa olunaraq istifadəyə verilib. 2025-ci ilin sonunadək 115 evin, 2026-cı ildə isə 128 evin bərpası nəzərdə tutulur.

İlk mərhələdə kəndə 14 ailə - 55 nəfər köçürülüb. Köçürülmə prosesi mərhələli şəkildə davam etdiriləcək.

Xocalının Şuşakənd kəndində isə 263 fərdi ev mövcuddur. Onlardan 15-i artıq istifadəyə verilib. İlin sonunadək 85 evin, 2026-cı ildə isə 72 evin tam şəkildə bərpası gözlənilir. Hazırda kəndə qayıdan 15 ailə - 59 nəfər burada yaşayır.

Hər iki kənddə sosial infrastruktur layihələrinin icrası da davam etdirilir. Əhalinin məşğulluğunun təmin edilməsi prioritet olaraq qalır, sahibkarlar üçün hər cür şərait yaradılıb.

Kəndə qayıdan sakinlər doğma yurda dönməyin sevincini bölüşərək, dövlət başçısına minnətdarlıqlarını bildiriblər:

"Dövlətimizə və cənab Prezidentimizə təşəkkür edirik ki, 33 illik həsrətimizə son qoyuldu. Biz uzun illər öncə ata-baba yurdumuzu tərk etmişdik. İndi ailəmizlə birgə Vətənə qayıtmışıq. Cənab Prezident bizim evimizdə də qonaq olub. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarıq. Bu torpaqlara qayıtdığımıza görə çox sevincliyik, qürurluyuq. Şəhidlərimiz var, bu kədərli olsa da, qanla alınan torpaq bizim üçün daha da qiymətlidir".

Ətraflı süjetlərdə:

33 ildən sonra Xocalıya qayıdış - Sakinlər Prezidentlə görüşün təəssüratlarını bölüşdülər

33 ildən sonra Xocalıya qayıdış - Sakinlər Prezidentlə görüşün təəssüratlarını bölüşdülər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Sentyabr 2025 01:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see611

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see241

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see240

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see229

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see207

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see187

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri