Icma.az
close
up
RU
Ölkə birinciləri təəssüratlarını bölüşdülər... FOTO

Ölkə birinciləri təəssüratlarını bölüşdülər... FOTO

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirdiyi buraxılış imtahanının nəticələri elan olunub. Nəticələrə görə, ölkə üzrə 8 nəfər maksimum nəticə göstərib. Onların 7-si Bakı və Abşeron məktəblərinin şagirdləridir.
Bizim.Media xəbər verir ki, 300 balla ölkə birincilərindən olan iki şagird imtahan təəssüratlarını “trend.az”la bölüşüblər.
300 ballıq maksimum nəticə ilə ölkə birincilərindən olan Abşeron rayonu, Xırdalan şəhər 9 saylı tam orta məktəbin şagirdi Novruzlu Südabə Ramin qızı bildirib ki, maksimum nəticə göstərmək əsas hədəfi olub:

"İmtahan nəticələri açıqlananda evdə deyildim. Valideynim mənə zəng edərək xəbəri verdi. Həm təəccübləndim, həm də qürurlandım. Əslində maksimum nəticə göstərəcəyimə inanırdım. Çünki ilboyu çox çalışmışdım və 300 bal toplamaq əsas hədəfim idi. İmtahan sualları mənim üçün kifayət qədər rahat idi. Xüsusilə ingilis dili və riyaziyyat fənləri mənə asan gəldi. Azərbaycan dili fənnində bəzi çaşdırıcı suallar olsa da, onların hamısının öhdəsindən gələ bildim".
O, təhsil almaq istədiyi sahəni də açıqlayıb:
"Gələcəkdə Azərbaycan Tibb Universitetinin tibb fakültəsində təhsil almaq istəyirəm. Daha sonra isə təhsilimi xaricdə davam etdirmək arzum var. İmtahana hazırlaşan şagirdlərə tövsiyəm odur ki, özlərinə inansınlar, təkrara vaxt ayırsınlar və dərslərlə ciddi məşğul olsunlar. Əsas məsələ qarşıya məqsəd qoymaq və həmin məqsədə çatmaq üçün davamlı çalışmaqdır.”
300 balla ölkə birincilərindən olan Akademik Z.Əliyeva adına liseyin şagirdi Ağamalı Elmir isə bildirib ki, bu nəticəni həm də məktəbinə və müəllimlərinə borcludur:

"İmtahan nəticəsini iş nömrəsi vasitəsilə öyrəndik. Anam riyaziyyat müəlliməsidir. O uşaq vaxtdan mənimlə xüsusi məşğul olub, dərslərimdə kömək edib. Məktəb müəllimlərim də güclü və peşəkar olublar. Mənim riyaziyyata marağım böyük idi, bu marağın yaranmasında anamın da böyük rolu olub. O, daim riyaziyyata marağımın və inkişafının üzərində çalışıb. 300 ballıq nəticəni isə gözləyirdik. Nəticə açıqlananda isə çox böyük sevinc yaşadıq. İmtahandan çıxanda sualların çətin olmadığını demişdim.Bütün tapşırıqları yazmışdım.
Elmir gələcəkdə tibb sahəsində təhsilini davam etdirmək istədiyini də bildirib:
"Birinci sinifdən bu günə qədər bütün fənləri eyni səviyyədə yaxşı oxumuşam. Yeddinci sinfə qədər 245 saylı məktəbdə təhsil almışam. Artıq 9 ildir ki, əlaçıyam. Belə yüksək nəticə göstərməyimdə Zərifə Əliyeva adına liseyin də, ondan əvvəl təhsil aldığım məktəbin də çox böyük payı var. Təhsil aldığım hər iki məktəb yaxşı bir şagird kimi yetişməyimdə böyük rol oynayıb. Liseydə tədris prosesi həqiqətən möhtəşəmdir", - o, bildirib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 May 2026 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri