Icma.az
close
up
RU
33 saat uzanaraq “Bekarçılıq” yarışmasının qalibi oldu Bu qədər pul qazandı…

33 saat uzanaraq “Bekarçılıq” yarışmasının qalibi oldu Bu qədər pul qazandı…

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çinin Baotou şəhərində 23 yaşlı bir kişi matrasın üzərində 33 saat 35 dəqiqə tərpənmədən uzanaraq “heç nə etməmək” – “Bekarçılıq” yarışmasının qalibi olub.

Tribuna xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayıb.

Yarışmanı matras istehsalçısı təşkil edib. Qalib olmaq üçün sadəcə hamıdan çox uzanmaq kifayət edirdi. İştirakçılara tərpənmək, çevrilmək, kitab oxumaq, telefonla məşğul olmaq, hətta yemək sifariş edib üzüstə uzanaraq yemək belə icazəli idi. Amma oturmaq və ya ayağa qalxmaq qəti qadağan edilmişdi. Tualetə getmək də olmazdı — buna görə bir çox iştirakçı yarışda uşaq bezi ilə iştirak edib.

Yarışa ümumilikdə 240 nəfər qoşulub, lakin onların çoxu “tənbəllik dözümlülüyü”nü sonadək qoruya bilməyib. Bir sutkanın sonunda 186 nəfər artıq dözə bilməyib və ayağa qalxıb.

33 saat 9 dəqiqədən sonra matrasda yalnız üç nəfər qalıb: iki kişi və bir qadın. Bundan sonra təşkilatçılar qaydaları çətinləşdirib və onlardan eyni anda həm əllərini, həm də ayaqlarını qaldırmalarını tələb ediblər. Cəmi 24 dəqiqə sonra isə matrasın üstündə yalnız bir nəfər — yarışın qalibi qalıb.

Üç qalibin hər biri hədiyyə alacaq: birinci yerin sahibi 3 min yuan (təxminən 718 AZN), ikinci yer 2 min yuan (təxminən 479 AZN), üçüncü yer isə 1 min yuan (təxminən 240 AZN) qazanıb. Qalib bildirib ki, mükafat pulunu dostları ilə restoranda şam yeməyinə xərcləməyi planlaşdırır.

2024-cü ildə Honq-Konqda da növbəti “heç nə etməmək” turniri keçirilmişdi. Yarışda 70-dən çox insan iştirak edirdi. Onlardan düz 90 dəqiqə ərzində sadəcə oturub heç nə etməmək tələb olunurdu. Həddindən artıq tərpənmək və ya ürək döyüntüsünün sürətlənməsi isə iştirakçının diskvalifikasiya olunmasına səbəb ola bilərdi.

İmran Kərimli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 26 Noyabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri