3+3 ün növbəti iclası Bakı və ya İrəvanda keçirilə bilər
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Bakı və İrəvan "3+3" regional platformasının növbəti iclasının keçirilməsi prosedurunu müzakirə etməyə davam edirlər.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Nazirin sözlərinə görə, "3+3" formatı qonşu ölkələrlə münasibətlərin inkişafı kontekstində Ermənistan üçün vacib olaraq qalır.
"Ermənistanda və ya Azərbaycanda görüş keçirmək məsələsinə gəldikdə, bu məsələni ikitərəfli münasibətlərin ümumi kontekstindən təcrid olunmuş şəkildə nəzərdən keçirmək çətindir. Bu, qaçılmaz olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bir çox digər aspektləri ilə kəsişir. Buna baxmayaraq, inanıram ki, yaxın gələcəkdə həll yolu tapılacaq", - Mirzoyan qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 27 Oktyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















