Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

330 000 lik sahibkar icması, vergi güzəştləri…

330 000 lik sahibkar icması, vergi güzəştləri…

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Çinarə Ağayeva: “Bu sektorlarda qadın sahibkarlar üçün boş “niş” bazar mövcuddur” - MÜSAHİBƏ

Avtosfer.az xəbər verir ki, hər il 19 noyabr Dünya Qadın Sahibkarları Günü kimi qeyd olunur. Bu gün yalnız qadınların biznesdəki nailiyyətlərini təqdir etmir, eyni zamanda onların qarşılaşdığı çətinliklərə, imkanlara və gələcək perspektivlərə diqqət çəkir. Azərbaycanda qadın sahibkarların rolu son illərdə sürətlə artmaqdadır. Onlar yalnız kiçik bizneslərdə deyil, innovativ startaplar, texnologiya və kənd təsərrüfatı sahələrində də fəallıq göstərirlər. Biznes məsləhətçi, ekspert Çinarə Ağayeva ilə bu günə özəl olaraq qadın sahibkarlığın Azərbaycanda vəziyyəti və perspektivləri barədə danışdıq.

-Son rəqəmlərə görə, Azərbaycanda qadın sahibkarların sayı necə dəyişib və bu artım nəyi göstərir?
-2025-ci ildə Azərbaycanda qadın sahibkarlığı yeni mərhələyə qədəm qoyub. Artıq sektorda real, ölçülə bilən nəticələr özünü göstərir. Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin məlumatlarına görə, bu ilin ilk yarısında Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayı 330 mindən çox olub. Bu, ötən il ilə müqayisədə təxminən 7 % artım deməkdir. Bu rəqəm göstərir ki, qadınların sahibkarlıq fəaliyyətinə marağı yalnız artmır, həm də davamlı şəkildə möhkəmlənir. Belə bir artım həm biznes ekosistemində, həm sosial-mədəni sahədə böyük dönüşə işarədir. Qadınlar artıq yalnız kiçik sahibkarlıqda deyil, daha strateji biznes modellərində iştirak etməyə meyllidirlər.
-Fərdi sahibkarlar arasında qadınların payı nə qədərdir və bu pay hansı sahələrdə daha yüksəkdir?
-Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin 1 oktyabr tarixinə olan göstəriciyə əsasən, Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 435 min 420 nəfər olub. Fəaliyyətdə olan fərdi sahibkarların 23,6 %-i qadınlardır. Sahə baxımından, qadın sahibkarlar ən çox xidmət sektorunda təmsil olunurlar. Bu sahədə fərdi sahibkarların 37,3 %-i qadındır. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qadın sahibkarların payı 26 %-dir, ticarət və nəqliyyat sahəsində isə 22 % təşkil edir. Bütün bunlar göstərir ki, qadın sahibkarların rolu artıq yalnız kiçik biznes və xidmət sahələri ilə məhdudlaşmır. Onlar startaplarda, texnologiya və kənd təsərrüfatı layihələrində, hətta ənənəvi olaraq kişi dominantlığı olan sahələrdə də fəallıq göstərirlər. Bu dəyişiklik iqtisadiyyatın şaxələnməsinə və yeni iş yerlərinin yaranmasına töhfə verir. Amma bu göstəricilər yetərli deyil. Qadınlar hələ biznesdə öz sözlərini tam olaraq deməyiblər.  
-Qadın sahibkarların iqtisadiyyata təsirində hansı yeni meyllər müşahidə olunur?
-Qadınların sahibkarlıq fəaliyyəti artdıqca, onlar iqtisadiyyatın qeyri-neft sektorunun şaxələnməsinə mühüm dəstək verirlər. Müvafiq dövlət qurumları ölkədə qadın sahibkarlığının inkişafını hədəfləyən proqramların icrasını genişləndirir. Qadınların mikrobiznes və kiçik sahibkarlıqda rolu böyüyür. Qadın sahibkarlar üçün innovasiya dəstəyi güclənir. Məsələn, KOBİA-nın “Startup” sertifikatı alan qadın sahibkarlar var. Belə trendlər göstərir ki, qadın sahibkarlar yalnız daha çox sayda deyil, həm də biznesin daha yüksək dəyərli seqmentlərinə daxil olurlar, bu da uzunmüddətli iqtisadi artıma töhfə verə bilər.
-Qadın sahibkarların genişlənməsini destəkləyən dövlət və institusional mexanizmlərdə hansı yeniliklər var?
-Qadınların biznesə cəlb olunması üçün təlim, məsləhət, beynəlxalq təcrübə, maliyyə resurslarına çıxış kimi imkanlar təmin edilir. “Startup” sertifikatı alan innovativ biznes sahibi olan qadın sahibkarlar üçün KOBİA 3 il müddətinə gəlir vergisindən azadolma imkanı yaradır. Dövlət tərəfindən beynəlxalq qurumlarla birgə layihələr icra olunur. Məsələn, qadın sahibkarları hədəfləyən qrant, avadanlıq, mentorluq proqramları təşkil olunur. Amma bununla yanaşı, qadın sahibkarlığı stimullaşdırmaq üçün xüsusi kreditlər, vergi güzəştləri, inkubatorlar və ixtisaslaşmış qadın biznes assosiasiyalarının yaradılmasına ehtiyac var. Bu cür mexanizmlər qadın sahibkarlığın strukturlaşdırılması və davamlı artımı üçün vacibdir. 
-Qadın sahibkarlar hələ də hansı ciddi çətinliklərlə üzləşirlər? Statistik rəqəmlər bu çətinlikləri necə əks etdirir?
-İqtisadi analizlər göstərir ki, qadınlar üçün biznesdə maliyyə savadlılığı problemlidir. Bir çox qadın sahibkar kreditlərə çıxışda çətinlik çəkir və biznes bilikləri yetərli deyil. Bu, qadınların biznesdə nisbətən az “sahibkar-işəgötürən” mövqeyində olduqlarını göstərir, çünki çoxu özünəməşğuldur və ya kiçik biznes qurur. Pandemiya zamanı qadınların rəhbərlik etdiyi müəssisələrə də COVİD-19-dan zərəri böyük olub. Araşdırmalar göstərir ki, qadın bizneslərinin bir hissəsi pandemiya zamanı texnoloji infrastruktur və rəqəmsal keçid imkanlarının məhdud olması səbəbindən müvəqqəti və ya daimi bağlanıb. Bundan əlavə, cəmiyyətdə stereotiplər hələ də mövcuddur. Bəzən qadınların “risk götürmə” qabiliyyətinə və ya biznes liderliyi bacarıqlarına şübhə ilə yanaşılır. Digər tərəfdən, ailə və iş həyatının idarə olunmasında balans məsələsi qadın sahibkarlar üçün böyük çağırışdır. Bu çətinliklər qadın sahibkarların tam potensialını ortaya qoymaq üçün hələ müəyyən boşluqlar olduğunu göstərir.
-Qadın sahibkarlar gələcəkdə hansı trendlərə hazır olmalıdırlar və öz strategiyalarını necə formalaşdırmalıdırlar?
-Rəqəmsal transformasiya şərtdir. Qadın sahibkarlar texnologiyalardan, e‑ticarətdən, rəqəmsal marketinqdən maksimum istifadə etməlidirlər. Pandemiya dövrü göstərdi ki, onlayn iş modelləri davamlıdır. İnnovasiyalara üstünlük verilməsinə ehtiyac var. “Startup” sertifikatı və digər vergi güzəştləri kimi mexanizmlərdən istifadə edərək, qadın sahibkarlar daha yüksək dəyərli, innovativ bizneslər qurmalıdır. Dövlət və qeyri-dövlət qurumlarının təklif etdiyi mentor proqramlarına qoşulmaq, beynəlxalq şəbəkələrlə əlaqə yaratmaq strateji üstünlük verə bilər. Qadınlar biznes planlaşdırma, maliyyə idarəetməsi və investisiya cəlb etmə bacarıqlarını gücləndirməlidirlər. Bundan başqa, gender perspektivli sosial bizneslər, məsələn, qadınların məşğulluğunu artıran, dayanıqlı istehsal yönümlü layihələr trend olaraq önə çıxa bilər. Bu strategiyalar yalnız biznes üçün deyil, həm də sosial təsir üçün böyük potensial daşıyır.
-İşğaldan azad olunan ərazilərdə qadın sahibkarlığın inkişafı üçün hansı imkanlar mövcuddur?
-Azad olunan ərazilərdə infrastruktur bərpa olunur və yeni biznes imkanları, fürsətlər açılır. Kənd təsərrüfatı, kiçik istehsal, turizm və xidmət sektorunda qadın sahibkarlar üçün boş “niş” bazar mövcuddur. Dövlət bu ərazilərdə bizneslərə güzəştli kreditlər, dəstək mexanizmləri təklif edir. Qadın sahibkarlar üçün strateji tövsiyəm, ilkin olaraq mikro və kiçik biznes modelləri qurmaq, yerli icmalarla əməkdaşlıq etmək və dövlət dəstək proqramlarından maksimum istifadə etməkdir. Belə yanaşma həm dayanıqlı biznes, həm də regionun sosial-iqtisadi bərpasına xidmət edir.
-Dövlət qurumları və biznes ekosistemi qadın sahibkarların artımını necə sürətləndirə bilər?
-Düşünürəm ki, qadınlara yönəlik xüsusi güzəştli kreditlərə, qrant layihələrinin genişləndirilməsinə ehtiyac var. Dövlət KOBİA-nın proqramlarını genişləndirərək, daha çox qadına “Startup” sertifikatı və qrant imkanları yarada bilər. Yerli biznes inkubatorları və akseleratorlar qadınların liderlik etdiyi startaplar üçün xüsusi sessiyalar təşkil edə bilər. Korporativ sektor qadın sahibkarlara təchizat zəncirlərində üstünlük verə bilər. Həmçinin Qeyri-hökumət təşkilatları qadın sahibkarlar üçün təlim və mentorluq resurslarını artırmalıdır. Gender bərabərliyi yönümlü sosial proqramlar qadın sahibkarların iş və ailə həyatını daha asan balanslaşdırmasına kömək edə bilər.
-Bu tendensiyalar nəzərə alınaraq, Dünya Qadın Sahibkarları Günündə qadın sahibkarlara hansı mesajı vermək istərdiniz?
-Statistikalar göstərir ki, qadınların biznesdə rolu güclənir. 330 000‑lik sahibkar icması, vergi güzəştləri, “Startup” sertifikatı, mentorluq imkanları… Bunların hamısı qadınlar üçün biznesə açılan qapılardır. Amma bu yol təkcə imkanlardan ibarət deyil, strateji düşüncə, davamlılıq, rəqəmsal transformasiya qadınların əsas silahıdır. Ona görə, qadınlarımız biznes yolunda inamla irəliləməli, öz şəbəkələrini qurmalı, ideyalarını reallaşdırmalıdırlar. Biznesdə qazanılan uğur təkcə qadınların şəxsi uğuru deyil, bu, ölkəmizin inkişafına xidmət edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Noyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see640

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see376

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see345

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see256

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see249

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see247

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see232

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see224

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see224

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see215

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see209

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see200

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see197

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see196

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see194

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see192

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see186

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see183

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see175

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri