Icma.az
close
up
RU
Yeni vergi güzəştləri

Yeni vergi güzəştləri

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mədəniyyət sektorunda yeni güzəştlər tətbiq olunacaq

Vergi Məcəlləsində edilmiş yeni dəyişikliklər mədəniyyət sektorunda bir sıra vergi güzəştlərini nəzərdə tutur. 2025-ci ilin 1 iyul tarixindən etibarən qüvvəyə minən dəyişikliklərə əsasən, teatr tamaşaları, muzey və sərgi biletləri, simfonik orkestr, film nümayişi sahəsində alınmış xidmətlərə görə yalnız nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi (“ƏDVcashback”) geri qaytarılacaq, digər sahələrdə olduğu kimi mədəniyyət xidmətləri üzrə də keşbeklər tətbiq olunacaq. Digər dəyişiklik mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət və ya gəlir vergisindən 90 faiz azadolma ilə bağlıdır. Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həddi artırılaraq 75 faizdən 90 faizə çatdırılacaq. Həmçinin güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə yüksələcək. Həmin güzəştlərdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri də əlavə olunur.

Yeni dəyişikliklərin məqsədi daha çox sərmayələr cəlb etməklə mədəniyyət və incəsənət sektorunun inkişafını stimullaşdırmaq, eyni zamanda, bu sahələrdə bir sıra xidmətlərin xərclərini azaltmaq, eləcə də bu tipli xidmətlər üzrə qiymətlərin aşağı düşməsini təşviq etməkdir.

ƏDV güzəştləri ilə bağlı əsas istiqamətlər

Ölkəmizdə yürüdülən vergi siyasətinin başılıca istiqamətlərindən biri “kölgə iqtisadiyyatı”nın əhatə dairəsinin azaldılması, dövriyyələrin şəffaflaşdırılması və nağdsız əməliyyatların daha da stimullaşdırılmasıdır. Bu siyasətə uyğun olaraq davamlı şəkildə ƏDV-nin geri qaytarılması ilə bağlı güzətlərin əhatə dairəsi genişləndirilir. 2025-ci ildə bu məqsədlə əlavə addımlar atılıb. Belə ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərin geniş turizm potensialına malik olması nəzərə alınaraq, mehmanxana xidmətlərinə görə ödənilən ƏDV-nin istehlakçılara geri qaytarılmasına başlanıb. Həmin ərazilərdə yerləşən mehmanxanalar tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi fiziki şəxs olan istehlakçılara geri qaytarılır.

Həmçinin daha əhatəli vergi güzəştləri çərçivəsində 2025-ci il yanvarın 1-dən müddəti bitən bir sıra güzəştlərin müddəti yenidən uzadılıb. Kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması və həmin məhsulların qiymətlərinin artımının qarşısını almaq məqsədilə onların satışı üzrə ƏDV-nin ticarət əlavəsindən hesablanması rejiminin tətbiqi müddəti yenidən uzadılıb. Bundan başqa, sahibkarlıq fəaliyyətinin, rəqabətədavamlı neft məhsulların istehsalının inkişafı üçün lazımi şəraitin yaradılması və daxili bazarın qorunması məqsədilə iri neft emalı zavodlarının modernləşdirilməsi işləri nəzərə alınaraq onlar tərəfindən avadanlıqların və materialların idxalı ƏDV-dən azad edilib. Eləcə də, ölkə ərazisində istehsal olunan avtobusların satışının, habelə təsdiqedici sənəd əsasında istehsalı məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı da ƏDV-dən azad olunb. Həmçinin, tibb turizminin inkişafı üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə “tax-free” rejimində ƏDV-nin geri qaytarılması, sənaye məhəllələrinin istifadəsində olan torpaq sahələri və əmlaklar üzrə vergidən azad edilib.

ƏDV ilə bağlı güzəşt paketində digər bir bölmə qeyri-rezidentin sifarişi əsasında gəmiçilik müəssisələri tərəfindən dəniz və su nəqliyyatı vasitələrinin, hidrotexniki qurğuların təmiri üzrə xidmətlərin sıfır dərəcə ilə vergiyə cəlb edilməsidir. Bundan başqa, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri 2025-ci ilin yanvarın 1-dən etibarən 2 il müddətinə yol vergisindən azad edilib.

Əcnəbilər ƏDV-ni geri ala biləcəklərmi?

Qeyd edək ki, ƏDV-nin geri qaytarılması ölkə vətəndaşları ilə yanaşı, əcnəbilərə də şamil olunur. 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 165.3-cü maddəsində edilmiş dəyişikliyə əsasən, cari ildən etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallarla yanaşı, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərdən alınmış tibbi xidmətlərə görə də nağdsız ödənişlər üzrə ödənilmiş ƏDV məbləği geri qaytarılır.

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 İyul 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri