Icma.az
close
up
RU
34 ildir məzarı olmayan şəhidimiz FOTO

34 ildir məzarı olmayan şəhidimiz FOTO

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Etibar Namazovun doğmaları qəhrəman şəhidimizə xatirə lövhəsi qoyulmasını arzu edirlər

Ailəsi Bakı şəhərinin Xətai rayonunda şəhidlərimizin adlarının və şəkillərinin əbədiləşdirildiyi bir lövhədə Namazov Etibar Almaz oğlunun da adı və fotosunun yer almasını istəyir…

Bəzi qəhrəmanların məzarı var, bəzilərinin isə yalnız adı, xatirəsi və ailəsinin qəlbində yaşatdığı müqəddəs bir iz...

Namazov Etibar Almaz oğlu da məzarı olmayan qəhrəman şəhidlərimizdən biridir. Birinci Qarabağ savaşında böyük qəhrəmanlıq göstərən şəhidimizin indiyədək məzarı olmasa da, xatirəsi ailə üzvlərinin, yaxınlarının, o cümlədən də döyüş yoldaşlarının qəlbində yaşayır.

Etibar Namazov 1967-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonu, Faxralı kəndində anadan olub. 1973-cü ildə Faxralı orta məktəbinin 1-ci sinfinə gedib. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 1983-cü ildə Ç.İldırım adına Politexnik İnstitutuna daxil olub…

Gənc yaşlarından Vətənə xidmət yolunu seçən Etibar sovet dövründə, 1985–1987-ci illərdə hərbi xidmət keçib. Həmin illərdə ali məktəbdə təhsil alan gənclərin də təhsilləri ilə yanaşı, hərbi xidmətə göndərilməsi praktikası vardı. Etibar da bu xidmətdən keçərək hərbi sahəyə olan marağını və bacarığını daha da inkişaf etdirib.

1990-cı ildə Politexnik İnstitutunun “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisasını bitirib. 1990-92-ci illərdə ixtisası üzrə “Ulduz” zavodunda çalışıb.

Daxili Qoşunların tərkibində taqım komandiri kimi xidmət edən E.Namazov Birinci Qarabağ müharibəsi başlayanda zabit (leytenant) kimi döyüş bölgəsinə göndərilib.

Etibar Namazov 1992-ci ilin martında Zəngilan rayonunun Qazançı kəndinin müdafiəsində döyüşüb. Döyüş zamanı komandir kimi əsgərlərinə rəhbərlik edib, ağır və qeyri-bərabər savaşda mövqelərin qorunması üçün sonadək mübarizə aparıb. Döyüş yoldaşları onun bu savaş zamanı yaralandığı, buna baxmayaraq döyüşü davam etdirdiyi və əsgərləri ilə birlikdə mövqeni qoruduğu haqda fəxrlə danışırlar.

Etibar həmin döyüşdən geri qayıtmadı...

Qazançı uğrunda savaşında onunla çiyin-çiyinə vuruşan döyüş yoldaşları deyir ki, onlar bu zaman mühasirəyə düşüblər. Etibar Namazov bu qeyri-bərabər döyüşdə düşmənə müqavimət göstərməyin mümkün olmadığını görərək, əsgərlərini xilas etməyi qarşıya məqsəd qoyub. O, hərbçilərimizin böyük əksəriyyətini mühasirədən çıxarmağı bacarsa da, özü və bir neçə döyüş yoldaşı düşmənə sonadək müqavimət göstərməyə davam edib…  

Yaxınları deyir ki, Etibar Namazov elə Qazançı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. O gündən illər keçsə də, Etibarın nəşi bu günə qədər tapılmayıb. Onun ailəsi isə illərdir bir məzar həsrətini, bir xəbər ümidini ürəyində daşıyır...

Etibarın məzarı yoxdur. Amma onun adı, şəkli, qəhrəmanlığı və Vətən qarşısındakı xidmətləri unudulmamalıdır.

Bu gün onun ailəsi Bakı şəhərində, Xətai rayonunda yaşayır. Ailənin ən böyük arzusu isə çox sadə və müqəddəsdir: Etibarın da şəhidlərimizin adlarının əbədiləşdirildiyi xatirə lövhəsində şəkli və adı olsun.

Bəlkə də kiçik görünən bu lövhə bir ailə, xüsusilə də şəhidimizin anası Namazova Salatın Məcid qızı üçün illərlə gözlənilən böyük bir təsəlli olacaq.

Çünki məzarını tapa bilmədiyimiz şəhidimizin heç olmasa şəklinə baxıb “bax, bizim Etibarımız burada yaşayır” deyə biləcəkləri bir ünvanı olmalıdır.

Etibar Almaz oğlunun xatirəsinin əbədiləşdirilməsi, adının və fotosunun şəhidlərimizin xatirə lövhəsində yer alması ailəsinin haqlı və kövrək arzusudur.

Məzarı tapılmayan şəhidlərimiz də unudulmamalıdır

İllər keçir, qanlı müharibənin üzərindən uzun zaman ötür. Lakin Etibar Namazov kimi məzarı olmayan şəhidlərimizin ailələri üçün zaman dayanıb. Çünki insan üçün ən ağır dərdlərdən biri doğmasının harada dəfn olunduğunu bilməməkdir. Bir şəhid ailələri üçün də ən ağır dərd odur ki, nə övladlarının, doğmalarının məzarı var, nə də gedib başında dayanacağı bir ünvan...

Amma Etibarın, eləcə də hələ də nəşi tapılmayan şəhidlərimizin məzarı olmasa da, adı xalqın yaddaşında yaşamalıdır. Onların məzarı olmasa da, Vətən qarşısında göstərdiyi qəhrəmanlığın mütləq bir ünvanı olmalıdır.

Çünki şəhidin məzarı tapılmaya bilər, amma adı itirilməməlidir. Şəkli bir lövhədə, adı insanların yaddaşında, qəhrəmanlığı isə gələcək nəsillərin qəlbində yaşamalıdır.

Bu, sadəcə bir ailənin xahişi deyil. Bu, illərdir oğullarının yolunu gözləyən ailələrin “heç olmasa onun adının, şəklinin bir ünvanı olsun” deyən kövrək istəyidir.

İnanırıq ki, aidiyyəti qurumlar bu həssas məsələyə diqqətlə yanaşacaq, Namazov Etibar Almaz oğlunun xatirəsinin əbədiləşdirilməsi üçün onun adının və fotosunun şəhidlərimizin xatirə lövhəsində yer almasına şərait yaradacaqlar.

Çünki Vətən uğrunda gedib geri dönməyən oğulların heç biri unudulmamalıdır.

Məzarı olmasa da, Etibarın adı yaşamalıdır

Etibar Namazov kimi qəhrəmanlarımızın xatirəsi həm də ona görə yaşadılmalıdır ki, gələcək nəsillərə də örnək olsun, on illər, yüz illər sonra yeniyetmə və gənclərimiz şəhidlərimizin qəhrəmanlıqları haqda fəxrlə danışa bilsinlər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Namazov Etibar Almaz oğlunun da əziz xatirəsi daim yaşasın.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Sentyabr 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri