3 şəhidimiz Kəlbəcərdə dəfn olunacaq Foto
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Daha üç Birinci Qarabağ müharibəsi itkin-şəhidi dəfn olunacaq.
Axar.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.
Qeyd edilib ki, iyulun 4-də hərbçilər Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayev Kəlbəcər şəhər qəbiristanlığında dəfn ediləcəklər.

