Icma.az
close
up
RU
35 il sonra bunu edən ilk Britaniya monarxı oldu

35 il sonra bunu edən ilk Britaniya monarxı oldu

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Böyük Britaniya Kralı III Çarlz ABŞ Konqresinin birgə iclasında çıxış edib. O, son 35 ildə Konqresdə çıxış edən ikinci Britaniya monarxı kimi tarixə düşüb.

“Qafqazinfo” xəbər verir ki, Kral Çarlz çıxışında ABŞ ilə Böyük Britaniya arasındakı tarixi münasibətlərin əhəmiyyətini vurğulayaraq, bu tərəfdaşlığın beynəlxalq sistemdə mühüm rol oynadığını bildirib.

Çıxışında qlobal vəziyyətə toxunan kral dünyada artan gərginliklərə diqqət çəkib: “Biz böyük qeyri-müəyyənlik dövrünün ortasındayıq. Avropadan Yaxın Şərqə qədər uzanan münaqişələr beynəlxalq ictimaiyyət üçün ciddi çağırışlar yaradır”, - deyə o bildirib.

Kral Çarlz qeyd edib ki, mövcud geosiyasi vəziyyət ABŞ və Böyük Britaniya kimi ölkələrin məsuliyyətini daha da artırır və iki ölkə arasındakı ittifaqın əhəmiyyətini gücləndirir.

O, çıxışında ABŞ-nin müstəqillik tarixini xatırladaraq, fikir ayrılıqlarına baxmayaraq, iki ölkənin uzun illərdir güclü tərəfdaşlıq qurduğunu vurğulayıb.

“İki millətimizin əsrlər boyu qurduğu ittifaqa görə Amerika xalqına minnətdarıq”, – deyə kral bildirib.

Kral həmçinin anası Kraliça II Elizabetin 1991-ci ildə Konqresdə etdiyi çıxışa istinadən əlavə edib ki, bugünkü dünya həmin dövrlə müqayisədə daha qeyri-sabit və təhlükəlidir.

Kral Çarlz vurğulayıb ki, Böyük Britaniya NATO çərçivəsində müdafiə xərclərini artırıb və Qərb ittifaqına töhfəsini gücləndirib. Onun sözlərinə görə, mövcud təhlükələr heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilməyəcəyi qədər mürəkkəbdir.

Ukrayna məsələsinə də toxunan kral davamlı və ədalətli sülh üçün beynəlxalq birliyin vacibliyini vurğulayıb.

Kral Çarlz ABŞ-nin 250 illik yubileyi münasibətilə təbriklərini çatdıraraq, iki ölkə arasında tərəfdaşlığın gələcəkdə də gücləndirilməsinin vacibliyini qeyd edib. O, çıxışdan sonra həyat yoldaşı Kraliça Kamilla ilə birlikdə Konqres üzvləri ilə görüşərək zalı tərk edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Aprel 2026 07:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri