Icma.az
close
up
RU
Britaniya monarxı 35 ildən sonra ABŞ Konqresində III Karl mühüm mesajlar verdi

Britaniya monarxı 35 ildən sonra ABŞ Konqresində III Karl mühüm mesajlar verdi

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Böyük Britaniya kralı III Karl aprelin 28-də ABŞ Konqresinin hər iki palatası qarşısında tarixi nitqlə çıxış edib. Bu, 1991-ci ildən bəri Britaniya monarxının amerikalı qanunvericilər qarşısında ilk çıxışıdır.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunmuş dördgünlük dövlət səfəri çərçivəsində baş tutan bu çıxış mühüm siyasi mesajlarla yadda qalıb.

III Karl çıxışına həm ABŞ-nin, həm də Böyük Britaniyanın üzləşdiyi "böyük qeyri-müəyyənlik dövrü"nə toxunaraq başlayıb. O vurğulayıb ki, Avropada və Yaxın Şərqdə davam edən münaqişələrə baxmayaraq, hər iki ölkə demokratiyanın müdafiəsində sarsılmaz müttəfiq olaraq qalacaq.

Kral çıxışında ABŞ Prezidenti Donald Trampın NATO-ya dair tənqidlərinə də eyham vurub. O xatırladıb ki, 2001-ci il 11 sentyabr terror aktlarından sonra Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi ilk dəfə tətbiq olunub və Alyans öz üzvünü qorumaq üçün səfərbər edilib. III Karl eyni qətiyyətin bu gün Ukraynanın müdafiəsi üçün də zəruri olduğunu bildirib: "Bu gün həmin sarsılmaz qətiyyət Ukraynanın və onun cəsur xalqının müdafiəsi, ədalətli və davamlı sülhün təmin edilməsi üçün lazımdır".

Kral, həmçinin şənbə günü Ağ Ev müxbirlərinin şam yeməyində baş vermiş atışma hadisəsinə də toxunaraq, bu cür zorakılıq aktlarının heç vaxt öz məqsədinə çatmayacağını qeyd edib.

Rəsmi hissədən sonra kral III Karl və kraliça Kamilla Ağ Evdə keçirilən dövlət şam yeməyində iştirak ediblər. Tədbir zamanı tərəflər arasında səmimi və zarafatcıl mühit hökm sürüb. Kral III Karl ABŞ Prezidentinə Britaniyanın "HMS Trump" sualtı qayığının gəmi zəngini hədiyyə edib.

Kral çıxışında Donald Trampın Ağ Evin Şərq qanadında inşa etdirdiyi mübahisəli yeni bal zalı layihəsi ilə bağlı zarafat edib. Tramp isə öz növbəsində iki ölkə arasındakı "xüsusi münasibətləri" yüksək qiymətləndirib.

Səfər çərçivəsində III Karl amerikalı texnologiya şirkətlərinin rəhbərləri ilə də görüşərək startapların inkişaf mərhələsində qarşılaşdıqları problemləri müzakirə edib.

Qeyd edək ki, bu, 2007-ci ildə kraliça II Elizabetin səfərindən sonra Britaniya monarxının ABŞ-yə ilk dövlət səfəridir. III Karl isə ABŞ Konqresi qarşısında çıxış edən tarixdə ikinci Britaniya monarxı kimi qeyd olunub.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Aprel 2026 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri