35 ildir qaz görməmişəm Qəbələ sakinlərindən ŞİKAYƏT
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qəbələ rayonunun Vəndam qəsəbəsinin Girvə yaşayış məntəqəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək ərazidə qaz probleminin olduğunu bildiriblər.
Sakinlərin sözlərinə görə, yaşayış məntəqəsində uzun illərdir qaz xətti çəkilməyib. Bu səbəbdən onlar qış aylarında evlərini qızdırmaq üçün həyətyanı sahələrindəki meyvə ağaclarını kəsərək odun kimi istifadə edirlər.
"35 ildir burada yaşayıram. Mən qaz görməmişəm. Buraya qaz çəkilməyib. Əkdiyimiz ağac bar verir, amma kökündən kəsib odun edirik", - sakinlərdən biri bildirib.
Digər sakin isə odunun baha başa gəldiyini deyib: "Bir ev üçün oduna 1 500-1 600 manat pul lazımdır. Burada yaşamaqdansa, kirayə qalmaq sərfəlidir".
Bu mövzuda digər xəbərlər:Qəbələ Dəmiryolu Vağzalından şikayət… sərnişinləri buraxmadılar
01 Aprel 2025 10:28
“Gözümüzü açandan qaz görməmişik” Rayon sakinlərindən ŞİKAYƏT
20 Fevral 2026 13:13
Sumqayıt sakinlərindən ŞİKAYƏT: Yollarımız bərbad vəziyyətdədir
24 Dekabr 2024 21:13
Beş binanın sakinlərindən şikayət: Əziyyət çəkirik!
11 Avqust 2026 17:26
“İşıqlı dünyada işığa həsrət qalmışıq” Qəbələ sakinlərinin işıq problemi / ŞİKAYƏT
28 Dekabr 2024 16:22
Baxış sayı:96
Bu xəbər 04 Sentyabr 2026 08:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















