Icma.az
close
up
RU
Sumqayıt sakinlərindən ŞİKAYƏT: Yollarımız bərbad vəziyyətdədir

Sumqayıt sakinlərindən ŞİKAYƏT: Yollarımız bərbad vəziyyətdədir

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıt şəhərinin "Xəzər bağları" yaşayış massivinin sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətçidirlər.

Oxu.Az-a danışan sakinlərin sözlərinə görə, yayda toz-dumandan, qışda isə palçıqdan bu yollar keçilməz halda olur:

"Yolların bərbad vəziyyətdə olması sakinlərin həyatını çətinləşdirib. Bu küçənin sakinləri illərdir yol sarıdan çətinlik çəkirlər. Sumqayıt şəhərinin küçələrinin asfaltlanması layihəsi əsasında işlərə başlanılsa da, abadlıq işləri bunlara şamil edilməyib. Həmrəylik küçəsi aidiyyəti qurumlar tərəfindən unudulub. Yağışlı havalarda ərazi keçilməz olur. Bu küçəyə nə taksi, nə də təcili tibbi yardım maşını gəlir".

Sumqayıt Bələdiyyəsinin mətbuat katibi Səbuhi Elnur Oxu.Az-ın suallarına cavab olaraq bildirib ki, şəhər ərazisində bərpaya ehtiyac olan küçə və yollara asfalt örtüyünün ən yaxın perspektivdə çəkilməsi nəzərdə tutulub:

"Sumqayıt Bələdiyyəsi yola salmağa hazırlaşdığımız 2024-cü ildə qarşıya qoyulan planlamaya əsasən, bir çox abadlıq-quruculuq işləri həyata keçirib. Belə ki, şəhərdə müxtəlif küçələr abadlaşdırılıb, 300 minə yaxın ağac və gül kolları əkilib, Yaşma bağları ərazində uzunluğu 8 km olan səs izolyasiyalı divar çəkilib, ətrafı abadlaşdırlıb, məhəllə və mikrorayondaxili, o cümlədən Xəzər bağlarındakı yollar sakinlərin gediş-gəlişini rahatlaşdırmaq üçün asfaltlanıb. Bildiyiniz kimi, asfaltlama böyük büdcə tələb edən və qış fəslini, yağıntını sevməyən bir işdir".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:288
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Dekabr 2024 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri