354 kq heroinə görə axtarılan hindistanlı Azərbaycanda tutuldu
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda saxlanılan beynəlxalq axtarışa verilmiş Hindistan vətəndaşı ölkəsinə təhvil verilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Hindistanın hüquq mühafizə orqanlarının 354 kiloqram narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil etməkdə təqsirləndirərək beynəlxalq axtarışa elan edilən 33 yaşlı Hindistan vətəndaşı Singh Prabhdeep Gurrajın verilməsinə dair həmin ölkənin səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluqdan Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmin şəxs Azərbaycanda müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
“Azərbaycan ilə Hindistan arasında təslimetmə haqqında” 2013-cü il aprelin 4-dəki müqaviləyə əsasən Singh Prabhdeep Gurraj haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 13 May 2026 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















