Icma.az
close
up
RU
4 5 günlük də olsa, distant təhsil keyfiyyətli təşkil olunmalıdır Valideynlər

4 5 günlük də olsa, distant təhsil keyfiyyətli təşkil olunmalıdır Valideynlər

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda keçiriləcək Formula 1 yarışları ilə əlaqədar olaraq paytaxtın bir sıra küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq. Bu səbəbdən şəhərin müəyyən məktəblərində dərslər müvəqqəti olaraq distant formada davam etdirilir. Lakin valideynlər distant təhsilin keyfiyyətindən ciddi narazılıqlarını bildirirlər.

Onların sözlərinə görə, qısa müddətlik olsa da, təhsil təhsildir və bu müddətdə müəllimlər dərslərə daha məsuliyyətlə yanaşmalıdırlar. Bəzi valideynlər qeyd edirlər ki, onlayn dərslər tam şəkildə keçirilmir. Yəni bəzi fənn müəllimləri dərsə qoşulmurlar, nəticədə şagirdlər təhsildən kənar qalırlar. Həmçinin valideynlərin dediyinə görə, bəzi müəllimlər onlayn dərsə qoşulsalar da dərsi "yola verirlər".

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirdi ki, Formula 1-lə əlaqədar sentyabrın 15-dən etibarən Bakı Şəhər Halqasının (BŞH) əhatə etdiyi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Onun sözlərinə görə, bu səbəbdən bəzi təhsil müəssisələri onlayn təhsilə keçib:

"Bakı 6 nömrəli məktəb-liseyi, 133-134 saylı təhsil kompleksi və İlyas Əfəndiyev adına Elitar Gimnaziya, universitetlərdən isə Bakı Ali Məktəbinin kampusudur və İqtisad Universitetinin əsas korpusudur. Bu təhsil ocaqları sırf Formula 1 yarışlarının keçirildiyi yollar üzərində yerləşdiyi üçün dərslər təxminən 4-5 gün onlayn formada keçiriləcək. Əlbəttə, onlayn dərslərin keçirilməsi ilə bağlı müəyyən qədər infrastruktur çətinliyi mövcud idi. Bu çətinliklərin aradan qaldırılması istiqamətində işlər görülür. Əsasən internetin əlçatanlığı baxımından belə bir problem yaranırdı. Amma düşünürəm ki, bu dörd-beş günün müvafiq olaraq öhdəsindən gəlmək olar.

Amma qaldı ki, konkret distant təhsilin ölkədə bərqərar olması üçün həm ali təhsil müəssisələri, həm orta ixtisas təhsil müəssisələri, o cümlədən tam orta təhsil müəssisələri konkret olaraq bazanı formalaşdırmalıdır, yəni təkmilləşmiş formada baza olmalıdır. Xüsusən də bölgələrdə, ucqar ərazilərdə internetin əlçatanlığı təmin olunmalıdır ki, hər hansı fors-major hallar yarandığı zaman asanlıqla onlayn təhsilə keçid mümkün olsun. Düşünürəm ki, bu istiqamətdə aidiyyəti qurumlar, xüsusilə Elm və Təhsil Nazirliyinin rəhbərliyi, müvafiq tələb olunan işləri görməlidirlər".

Xatırladaq ki, Bakıda keçirilən Formula-1 yarışması ilə əlaqədar hər dəfə 6, 132-134, 1, 7, 8, 160 nömrəli ümumi təhsil müəssisələrində tədris onlayn təşkil olunur.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Sentyabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri