Alimlər bu orqanı bərpa edən dərman hazırladılar
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, Cənubi Kaliforniya Universitetinin tədqiqatçılarının araşdırması "Journal of Biological Chemistry" jurnalında dərc olunub.
Təcrübə zamanı yaşlı siçovullara iki həftə ərzində preparat verilib. Nəticədə qaraciyər hüceyrələrinin quruluşu və funksiyaları bərpa olunub, qanın təmizlənməsi yaxşılaşıb.
Araşdırmada həmçinin Alzheimer xəstəliyi ilə əlaqələndirilən beta-amiloid zülalının səviyyəsinin iki dəfə azalaraq cavan siçovullardakı göstəricilərə düşdüyü müəyyən edilib. Ateroskleroz riskini artıran aşağı sıxlıqlı lipoproteinlərin, yəni "pis" xolesterinin miqdarı da azalıb.
Alimlərin fikrincə, bu yanaşma yaşla əlaqəli xəstəliklərin qarşısının alınmasında yeni imkanlar yarada bilər. Lakin preparatın insanlarda effektivliyini və təhlükəsizliyini təsdiqləmək üçün əlavə klinik tədqiqatlar aparılmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 29 Oktyabr 2026 02:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















