4 faizli spirtli içkidən sərxoş oldular, dava saldılar Göytəpədəki hadisənin təfərrüatı
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cəlilabad rayonunda 2001-ci il təvəllüdlü Məhəmmədəli Nurullayev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Maisə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin aprelin 12-də rayonun Göytəpə şəhəri, “Avtovağzal” adlanan ərazinin arxa tərəfində baş verib. Məhəmmədəli orada rayonun Kazımabad kəndində yaşayan Maisin onun qol nahiyəsindən tutaraq dartmasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan yumruqla onun üz nahiyəsinin sağ və sol yarısına bir neçə dəfə vurub.
Hadisəni törədən Məhəmmədəlinin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Məhəmmədəli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, hadisə günü çayxanaya Elçinin yanına gedib: “Maisi orada içkili vəziyyətdə gördüm. Bu zaman Mais Elçinin içkisini içəndən sonra bir az da pisləşdi. Maisin qolundan tutaraq içkili olduğunu, getməsini bildirdim. Vağzalın qarşısında kəsmə daşların üstünə yıxıldı. Maisi həmin gün xəstəxanaya apardılar. Şöbədə Maisin mənim onu vurduğumu dediyini eşitdim. Nə üçün belə deməsinin səbəbini bilmirəm. Aramızda heç bir, hətta sözlü mübahisə belə olmayıb”.
Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Maisi uzun müddətdir tanıyır, onunla aralarında ədavət və şəxsi-qərəzçilik olmayıb: “Aprelin 12-də, saat 16 radələrində Göytəpə şəhərində yerləşən marketlərin birindən “Go” adlı spirtli içki aldım və içə-içə Göytəpə şəhərində yerləşən avtovağzal kimi tanıdığım yerin arxasına getdim. Maisi və Elçin də orada olublar. Onlar bir neçə mişar daşının üstündə oturaraq araq içirdilər. Mən də onlarla salamlaşdım, yanlarında oturdum. Sonra Mais ayağa qaxaraq mişar daşlarının üstündən salto vuracağını bildirdi. Mən və Elçin Maisin içkili halda salto vurmamasını xahiş etsək də, bizə məhəl qoymayaraq mişar daşlarının üzərinə çıxdı. Salto vurmaq istəyəndə ayağı sürüşərək yerə yıxıldı. O, üz nahiyəsi xəsarət aldı. Biz onu qaldıraraq üzünü yuduq. Sonra Mais evə getdiyini dedi və oradan uzaqlaşdı. Mən də evə getdim. Bundan 20-25 dəqiqə sonra polis əməkdaşları yaxınlaşaraq məni polis bölməsinə dəvət etdilər. Mənim Maisi vurmamışam, sadəcə olaraq aramızda mübahisə olub. Biz yaxalaşmışıq”.
İş üzrə zərərçəkmiş Maisin sözlərinə görə, aprelin 11-də çayxanada Elçin adlı şəxslə söhbət edərkən Məhəmmədəli ora gəlib: “Mənim oturduğum yerdə başımdan vurdu. Məhəmmədəli məni vurduqdan sonra gözümü xəstəxanada açdım. Məhəmmədəli ilə əvvəllər aramızda mübahisə olmayıb. O, mənə iki zərbə vurub. Məhəmmədəlinin ailəsi mənə maddi kömək göstərib”.
Zərərçəkmiş qeyd edib ki, hadisə vaxtı içkili olmayıb: “Mən salto vura bilmirəm. Hadisə günü salto vurmaq istəməmişəm. İstəsəm də, vura bilməzdim. Çünki, ayağım zədəlidir”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məhəmmədəli 6 il müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Saxta spirtli içkidən öldülər
28 Noyabr 2024 12:56
Spirtli içkidən ölüm sayında REKORD
19 Dekabr 2024 23:56
Azərbaycanda kişi spirtli içkidən ÖLDÜ
07 Mart 2025 10:43
8 yaşlı qızın öldüyü hadisənin Təfərrüatı
11 Sentyabr 2025 09:19
Bayram günü spirtli içkidən zəhərlənib öldü
23 Mart 2025 01:30
Baxış sayı:96
Bu xəbər 22 Yanvar 2026 16:47 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları