Bakıda sevgililər sərxoş olub küçədə dava saldılar TƏFƏRRÜAT
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakının Nizami rayonunda 25 yaşlı oğlan sevgi münasibətində olduğu qıza xəsarət yetirib.
Avtosfer.az Demokrat.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonu, Q. Qarayev prospekti 102 ünvanında yerləşən "Rich Life" adlı restoranın yaxınlığında baş verib.
2001-ci il təvəllüdlü Elşad qəbul etdiyi spirtli içkinin təsirindən sərxoş vəziyyətdə sevgi münasibətində olduğu Zamirənin (adlar şərtidir – red.) saçlarından tutaraq dartıb.
Aralarında baş vermiş mübahisədən sonra Zamirənin onunla birlikdə taksiyə əyləşməməsini bəhanə edən Elşad heç bir əsaslı səbəb olmadan qıza qarşı fiziki zor tətbiq edib və əli ilə sifət nahiyəsinə qəsdən zərbə endirib.
Elşad barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Elşad ona elan olunmuş ittiham üzrə törətdiyi əməli etiraf edib və özünü təqsirli bilib. O, ifadəsində hadisə baş verən zaman içkili olduğunu və özündə olmadığını bildirib. Onun sözlərinə görə, zərərçəkmiş şəxslə aralarında mübahisə yaranıb.
"Mübahisə zamanı əsəbləşərək əlimlə Zamirənin burun və sifət nahiyəsindən vurdum. Əməlimdən çox peşmanam. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişəm, onunla barışmışam. Zərərçəkmiş şəxsin məndən şikayəti və tələbi yoxdur".
İş üzrə zərərçəkmiş şəxs ifadəsində hadisə baş verən zaman hər ikisinin içkili olduğunu bildirib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs taksi çağıraraq ona avtomobilə minməsini deyib. Lakin hava almaq istədiyi üçün taksiyə minməyib və ağacların yanında dayanıb. O bildirib ki, bu zaman aralarında mübahisə yaranıb və Elşad əli ilə onun sifətinə və burnuna zərbələr endirib.
Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını deyib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə Elşad 1200 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 29 Oktyabr 2026 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















