“4 saat su axtardım…” Sərnişin ADY dəni KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Azərbaycan Dəmir Yolları (ADY) ilə Gəncədən Bakıya səfər edən sərnişin qatardakı xidmətlə bağlı narazılıq edib.
KONRKET.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi İlkin Abbas ekonom sinif vaqonlarında sərnişinlərin su almaqda çətinlik çəkdiyini iddia edib.
Onun sözlərinə görə, qatarda səyyar satış xidməti göstərilsə də, bu xidmət yalnız biznes və standart+ sinif sərnişinləri üçün nəzərdə tutulub. İstifadəçi ekonom sinifdə səyahət edənlərin isə diqqətdən kənarda qaldığını bildirib.
Sərnişin qeyd edib ki, su almaq üçün digər vaqonlara keçmək istəsə də, bələdçi buna icazə verməyib. O, həmçinin vaqonda kondisionerin də qənaətbəxş işləmədiyini vurğulayıb. “İşdir-şayət, əgər bu istidə Azərbaycan Dəmir Yolları – ADY ilə səfəriniz varsa, üstəgəl səyahətiniz ekonom sinifdə olacaqsa, su tədarükünüzü bol edin. Əks halda, vay halınıza. Yoxsa, bu istidə 4 saat su deyib, gəzəcəksiniz. Su yoxdur, kondisioner də işləməsə ondan yaxşıdır”, – deyə İlkin Abbas paylaşımında yazıb.
SAVASHMEDİA.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 07 İyun 2026 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















