4 yaşlı uşağın bağırsağından görün nələr çıxdı 13 ədəd... FOTO
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə 4 yaşlı uşağın bağırsağından 13 ədəd maqnit muncuq çıxarılıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Yozqatda baş verib. Maqnit muncuqları udan uşaq Yozqat Şəhər Xəstəxanasında əməliyyat olunub.
Uşaq cərrahı Serkan Odabaşı bildirib ki, maqnit muncuqları adi maqnitlərdən 5-10 dəfə daha güclü çəkim gücünə malik ola bilər. Rəngli və parlaq görünüşləri uşaqların marağına səbəb olur və onlar tərəfindən udula bilər. Güclü çəkim nəticəsində maqnitlər mədə və bağırsaq kimi orqanlarda bir-birinə yapışaraq toxuma zədələnməsi, qanqrena və deşilmələrə səbəb ola bilər.
Rentgen müayinəsi ilə maqnitlərin yer dəyişmədiyi müəyyən edilib və qapalı əməliyyata qərar verilib. Əməliyyat zamanı uşağın zədələnmiş 3-4 sm-lik bağırsaq hissəsi çıxarılıb və bağırsağından 13 ədəd rəngli maqnit muncuq çıxarılıb.
Uşaq əməliyyatdan sonra sağlamlığına qovuşub.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 17 Dekabr 2024 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















