Qarnı ağrıyan 4 yaşlı uşağın bağırsağından görün nələr çıxdı FOTO
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə qarın ağrısı şikayəti ilə xəstəxanaya aparılan 4 yaşlı Rumeysa Altundağın mədə və bağırsaqlarından 24 ədəd oyuncaq maqnit çıxarılıb.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, əvvəlcə dövlət xəstəxanasına gətirilən uşaq daha sonra endoskopiya ilə müayinə olunub.
Əməliyyat nəticəsində maqnitlərin bağırsaqlarda perforasiyalara (deşiklərə) səbəb olduğu və uşağın bir neçə dəfə qarın ağrıları keçirdiyi müəyyən edilib. Həkim uşağın bu oyuncaqları təxminən bir il əvvəl udduğunu qeyd edib. Maqnitlərin zamanla paslanması və rənginin dəyişməsi, onların uzun müddət bağırsaqlarda qaldığını sübut edib.
Doktor Özkaya kiçik uşaqların bu cür maqnitli oyuncaqlardan uzaq tutulmasını, xüsusilə evlərində belə əşyaların olmamasını tövsiyə edib. Uşaqların bu tip kiçik oyuncaq maqnitləri udma qabiliyyətinin yüksək olduğunu bildirərək, ailələri xəbərdar edib.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 12 Mart 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















