Icma.az
close
up
RU
40 yaşdan sonra xanımları narahat edən xəstəlik Müalicə yolları

40 yaşdan sonra xanımları narahat edən xəstəlik Müalicə yolları

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Uşaqlıq sallanması qarın daxilində fiksasiya edən bağların xüsusiyyətlərini itirməsi səbəbi ilə aşağıya - vaginaya doğru yer dəyişdirməsidir.

Əksər hallarda sadəcə uşaqlıq deyil, onun önündə yerləşən sidik kisəsi və arxasında yoğun bağırsağın son hissəsi də uşaqlıqla birlikdə sallanır. Normalda bu orqanlar onları fiksasiya edən bağların sayəsində, ancaq məhdud şəkildə hərəkət edə bilirlər. Yaş artdıqca və xüsusilə doğuşların sayı artdıqca bu bağlar xüsusiyyətlərini itirir və bu səbəbdən genital (cinsi) orqanların vagina daxilinə sallanmasına səbəb ola bilirlər. Bəzən sallanma o dərəcədə bəlli olur ki, qadın vagina girişində uşaqlıq boynunu əli ilə hiss edə bilir. Bəzi hallarda uşaqlıq vaginanın xaricinə də çıxa bilir.

Sidik kisəsi sallanması vaginanın ön divarı ilə qonşu olan sidik kisəsinin vagina içərisində qabarmasına verilən addır (sistosele). Bu vəziyyət də əsasən öskürmə, asqırma, ağır əşya qaldırma kimi qarın daxili təzyiqi artıran hallarda qadının vagina daxilində qabaran sidik kisəsini əli ilə hiss etməsinə səbəb olur. Bu şikayətə bəzi hallarda sidik saxlamazlıq da qoşulur. Sidik saxlamazlıq problemi ən yüngül formada yalnız öskürmə, asqırma və gücənmə hallarında ortaya çıxır. Sallanmanın şiddətinin artması ilə birlikdə gülmə, cinsi əlaqə, hətta ayaq üstdə durma kimi vəziyyətlərdə də sidik saxlamazlıq ortaya çıxır. Sidik kisəsi sallanmasının ağırlaşmış vəziyyətləri sidik kisəsi ilə uretra adlanan sidiyi kisədən xarici mühitə ötürən kanal arasında bucağın pozulmasına və beləliklə, sidik saxlamazlıq şikayətinin ortaya çıxmasına səbəb olur. Ən ağır və çox nadir hallarda sidiyi saxlamaq heç mümkün olmur və sidik kisəsinə gələn sidik burada toplanmadan birbaşa xaricə boşalır. Yalnız uşaqlıq sallanması olduqda qadının xüsusilə ayaq üstdə durduğu, öskürdüyü, asqırdığı və gücəndiyi hallar ağrı və aşağı nahiyədə yad cisim hissiyyatının yaranmasına səbəb olur.

Yoğun bağırsağın son hissəsi olan düz bağırsağın (rektum) sallanması isə vaginanın arxa divarının vaginadan bayıra qabarmasıdır (rektosele). Rektum sallanması çox hallarda xüsusi bir problem yaratmamaqla birlikdə, qəbizlik şikayətinin yaranmasına səbəb ola bilər. Genital (cinsiyyət) orqanlarda sallanma problemi yaşayan qadınların digər şikayəti də çətin keçmiş doğuşlarda ortaya çıxan yırtıqların vaginada genişlənmə probleminə yol açmasıdır. Bu vəziyyət qadının həyat yoldaşı ilə cinsi həyatında problemlər yaşamasına, cütlüyün əvvəlki kimi cinsi həyatdan zövq almamasına səbəb ola bilər. Genital (cinsiyyət) orqanlarda sallanma xüsusilə çoxlu sayda və çətin doğuş keçirən qadınlarda görünür. Uzun müddət davam edən doğuşlar genital orqanları yerində saxlayan bağların uzanıb gərilməsi, bəzi yerlərdən cırılması və beləliklə, orqanları yerində saxlama funksiyalarının azalması ilə nəticələnir.

Kesar kəsiyi üsulu ilə doğuşu olan və heç doğuş keçirməyən qadınlarda isə sallanma çox nadir görünür. Genital (cinsiyyət) orqan sallanmaları nadir hallarda tək görünür. Uşaqlıq sallanması tez-tez sidik kisəsi, düz bağırsağın sallanması və sidik saxlamazlıq şikayəti ilə bərabər görünür.

Diaqnoz necə qoyulur?

Cinsiyyət orqanları sallanmasının diaqnozu heç bir problemi olmayan bir qadında təsadüfən aşkarlana bildiyi kimi, tez-tez sidik saxlamazlıq və ya "aşağı nahiyədə yad cisim hissiyyatı" yaşayan bir qadının ginekoloji müayinəsi əsnasında sallanmanın asanlıqla görünməsi ilə qoyulur.

Müalicə üsulları

Uşaqlıq sallanmasının müalicəsi qadının yaşına, xəstəliyin dərəcəsinə, qadının ümumi sağlamlıq vəziyyətinə və gələcəkdə uşaq dünyaya gətirmək istəyib-istəməməsinə görə dəyişir. Gələcəkdə bu problemin inkişaf etməsinin qarşısı müntəzəm Kegel məşqləri adlanan vagina ətrafındakı və aralıq əzələlərini möhkəmləndirmə məşqləri edilərək qismən də olsa alına bilər. Ailəsini tamamlayan bir qadında genital (cinsiyyət) orqan sallanması halında tətbiq olunan müalicə metodu əksər hallarda uşaqlığın vagina tərəfdən çıxarılması, vaginanın ön və arxa divarlarındakı artıq toxumaların çıxarılaraq daraldılması şəklindədir. Vaginanın daraldılması əməliyyatı keçirən qadınlar hamilə olarsa, normal doğuş yerinə kesar kəsiyi əməliyyatı etməlidirlər. Sidik saxlamazlıq şikayətinin müalicə edilməsi üçün bir qədər fərqli əməliyyat texnikaları istifadə oluna bilər.
Reproduktiv dövrdə olan və doğuş etməyi düşünən, ya da ailəsini tamamlasa belə, uşaqlığın çıxarılmasını qəbul etməyən bir qadında isə uşaqlıq xaric edilmədən, yalnız vaginanın ön və arxa divarlarındakı artıq toxuma götürülərək genişlənmənin bərpası, yəni vaginanın daraldılması həyata keçirilir. Beləliklə, doğuşdan sonra vagina genişlənməsi problemi olan qadınların şikayətləri azalacaq və cinsi həyatdakı problemlər əvvəlkinə nisbətən azalacaq. Vaginanın daraldılması əməliyyatına  tibdə vaqinoplastika adı verilib. Uşaqlıq sallanmasının bəlli olan formalarında qarın boşluğu açılaraq, uşaqlığı yerində saxlayan bağlar tapılaraq bu bağların yuxarı çəkilməsi və beləliklə, uşaqlığın alınmaması mümkündür.

Edilən əməliyyatın növünə və həyata keçirən cərrahın texnikasına bağlı olaraq nadir də olsa təkrarlanma riski ortaya çıxa bilər. Bu problem xəstənin toxuma xüsusiyyətlərinə bağlı olan bir problemdir. Təkrarlanma olarsa, vaginal (altdan) və ya laparoskopik olaraq sallanan toxumaları dəstəkləyən torlarla (mesh ilə) bərpası aparıla bilər.

Turab Canbaxışov, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri

Aile.lent.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:402
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri