Icma.az
close
up
RU
40 yaşlı qadınlara stressi azaltmaq üçün ideal ÇIXIŞ YOLU

40 yaşlı qadınlara stressi azaltmaq üçün ideal ÇIXIŞ YOLU

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Kiniziologiya 40 yaşdan yuxarı qadınlarda stressi azaltmağa və emosional tarazlığı bərpa etməyə kömək edə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə qadın psixoloqu, kinizioloq və insan sistemi ilə işləməyə dair inteqrativ metodun müəllifi Mariya Rodnova məlumat bildirib.

Onun sözlərinə görə, kiniziologiya xroniki və uzunmüddətli stressin yaratdığı problemləri aradan qaldırmağa yönəlib:

"Kinizioloq insan bədənindəki əzələlər vasitəsilə işləyir. Hər bir meridian müəyyən bir orqan və əzələ ilə əlaqəlidir. Mütəxəssislər əsasən qoldakı bir neçə əzələni test üçün istifadə edir və həmin əzələ üzərində işləməklə orqanizmə stressi "çıxarmağa" və psixoloji vəziyyəti yaxşılaşdırmağa kömək edirlər".

Ekspert əlavə edib ki, bu metodun işləməsi üçün insanın stressin səbəbini bilməsi vacib deyil. Manual-əzələ testləri vasitəsilə orqanizmdəki disbalanslar müəyyən edilə və aradan qaldırıla bilər.

Rodnovanın fikrincə, kiniziologiya diqqət və yaddaşı gücləndirir, öyrənmə qabiliyyətini artırır, həyat enerjisini yüksəldir və çətin vəziyyətdən çıxmağa kömək edir.

"40 yaşdan yuxarı qadınlar klimaks dövrü və hormonal dəyişikliklərlə bağlı çətinliklərlə üzləşirlər. Bu dövrdə yuxusuzluq, narahatlıq və enerji azalması müşahidə olunur. Kiniziologiya xroniki gərginliyi və yorğunluğu azalda, emosional fonu sabitləşdirə və həyat keyfiyyətini yaxşılaşdıra bilər" – deyə psixoloq vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, ilkin mərhələdə kinizioloqa ayda bir dəfə müraciət etmək kifayətdir.

"Əgər məqsəd konkret bir problemi – məsələn, xəstəliklə bağlı vəziyyəti həll etməkdirsə, 5–7 seans yetərlidir," – deyə Rodnova izah edib.

Psixoloq bildirib ki, kiniziologiyadan həm profilaktika məqsədilə, həm də çətin tibbi müdaxilələrdən əvvəl və ya sonra yararlanmaq mümkündür. Lakin bu üsul "bütün problemlərin dərmanı" kimi qəbul edilməməlidir.

"Kiniziologiya digər müalicə üsullarını əvəz etmir. Onu davranış psixoterapiyası, relaksasiya, meditasiya və aromaterapiya ilə birgə tətbiq etmək daha məqsədəuyğundur," – deyə mütəxəssis qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Oktyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri