Icma.az
close
up
RU
400 dən çox xarici qonaq Bakıda BMT nin gələcəyi müzakirə ediləcək

400 dən çox xarici qonaq Bakıda BMT nin gələcəyi müzakirə ediləcək

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

XII Qlobal Bakı Forumunun hazırlıqları artıq başa çatıb. Sabah - martın 13-də başlayan Forum “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” (“Rethinking World Order: Turning Challenges Into Opportunities”) mövzusuna həsr olunub.

Modern.az-ın məlumatına görə, Forumda 400-dən çox iştirakçının, o cümlədən hazırkı və keçmiş dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı gözlənilir.

Forum çərçivəsində geosiyasi dəyişikliklər, çoxqütblü dünyada multilateralizmin yenidən düşünülməsi, BMT-nin Gələcək Paktı və qlobal sülhə töhfəsi, yeni dünya nizamında orta güclərin rolu, regional sabitlik və yenidənqurma kimi siyasi məsələlər müzakirə ediləcək. Həmçinin, COP29 iqlim dəyişiklikləri konfransı çərçivəsində transformasiya proseslərinin sürətləndirilməsi, yeni texnologiyaların qlobal təsiri, qadınların sülh və təhlükəsizlikdə rolu, qlobal səhiyyə böhranlarına qarşı tədbirlər və gənclərin beynəlxalq arenada səsi kimi mühüm mövzular gündəmdə olacaq.

Əvvəlki illərdə keçirilən Qlobal Bakı Forumları beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli platforma rolunu oynayıb. 2024-cü ildə keçirilmiş XI Qlobal Bakı Forumu "Parçalanmış dünyanın bərpası" mövzusuna həsr olunub və 400-dən çox hazırkı və keçmiş dövlət və hökumət başçısı, ictimai və özəl sektor liderləri, Nobel mükafatı laureatları və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirib.

Prezident İlham Əliyev həmin forumun açılış mərasimində çıxış edib, Qlobal Bakı Forumunun Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq tədbirlərlə bir sırada olduğunu vurğulayıb.

İlham Əliyev çıxış edərək forumun beynəlxalq əhəmiyyətini vurğulayıb və Azərbaycanın qlobal problemlərin həllində fəal iştirak etdiyini qeyd edib. Dövlət başçısı dünya siyasətində baş verən dəyişikliklər, regional münaqişələr, enerji təhlükəsizliyi və dayanıqlı inkişaf kimi mövzularda Azərbaycanın mövqeyini açıqlayıb, həmçinin ölkənin multilateralizm və sülh təşəbbüslərinə verdiyi töhfələrdən danışıb.

Qlobal Bakı Forumu , Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına və qlobal məsələlərin müzakirəsində fəal rol oynamasına töhfə verib. Forumlar çərçivəsində müzakirə edilən mövzular arasında etnik münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq və sülhün qorunmasında qadınların rolu kimi qlobal problemlər yer alıb.

2021-ci ildə keçirilmiş VIII Qlobal Bakı Forumu "COVID-19-dan sonrakı dünya" mövzusuna həsr olunub və pandemiyanın qlobal təsirləri, yeni dünya nizamı, iqtisadiyyat, sülh, təhlükəsizlik və insan hüquqları kimi mövzular ətrafında müzakirələr aparılıb.

Qlobal Bakı Forumu, həmçinin, müxtəlif ölkələrin liderləri və ekspertləri arasında dialoqu təşviq edərək, qlobal problemlərin həlli üçün əməkdaşlıq imkanlarını genişləndirib. Forumun müzakirələri və nəticələri beynəlxalq ictimaiyyət üçün dəyərli tövsiyələr təqdim etmiş və qlobal siyasətin formalaşmasına müsbət təsir göstərib.

Beləliklə, XII Qlobal Bakı Forumu da əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların müzakirəsi və həlli yollarının axtarılması üçün mühüm platforma rolunu oynayacaq və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Mart 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri