Icma.az
close
up
RU
“400 manat maaşla elm olar?” Təhsil eksperti KONKRET

“400 manat maaşla elm olar?” Təhsil eksperti KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Məlum olduğu kimi bu gün, martın 27-si Azərbaycanda Elm Günüdür. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Günü  təsis edilib. Bu əlamətdar gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir. Bəs Azərbaycan elmi bu gün hansı vəziyyətdədir?

KONKRET.az musavat-a istinadən xəbər verir ki, təhsil eksperti Kamran Əsədov deyir ki, Azərbaycan elminin inkişafı ciddi şəkildə dayanıqsızdır və sistemli problemlərlə qarşı-qarşıyadır:

“2023-cü ildə Scimago Institutions Rankings məlumatlarına əsasən Azərbaycan elmi dünya reytinqində 113-cü yerdə qərarlaşıb. Bu göstərici ilə biz hətta Gürcüstan kimi əhalisi və resursları bizdən az olan ölkədən belə geri qalırıq. Elm və Ali Təhsil üzrə Qlobal İnnovasiya İndeksində də Azərbaycanın mövqeyi zəifdir — 2023-cü ildə 138 ölkə arasında 92-ci yer. Bütün bunlar bir daha göstərir ki, ölkəmizin beynəlxalq elmi məkanla inteqrasiyasında ciddi boşluqlar var.

Halbuki elmi inkişaf təkcə universitetlərdə və laboratoriyalarda baş vermir. O həm də ölkənin beynəlxalq rəqabət gücünü, innovativ potensialını, iqtisadi müstəqilliyini formalaşdırır. Elmə sərmayə qoymayan ölkə gələcəyə sərmayə qoymur.

Azərbaycanda elmi tədqiqatların maliyyələşdirilməsində əsas yük hələ də dövlət büdcəsinin üzərindədir. 2024-cü ilin dövlət büdcəsində elmi tədqiqatlara ayrılan vəsait 95 milyon manat təşkil edib. Bu ümumi büdcənin cəmi 0.5%-i deməkdir. Müqayisə üçün: Avropa İttifaqı ölkələri elmə orta hesabla 2-3% arası vəsait ayırırlar. İsrail bu rəqəmi 4.9%-ə, Cənubi Koreya isə 4.6%-ə çatdırıb. Yəni inkişaf etmiş ölkələr elmi strateji sahə kimi görür biz isə hələ də onu simvolik səviyyədə dəstəkləyirik”.

Ekspert qeyd edir ki, digər böyük problem elmi kadrların sosial rifahıdır. Belə ki, elmi-tədqiqat institutlarında çalışan alimlərin orta aylıq maaşı 400-600 manat arasında dəyişir:

“Bu maaşla nə elmi fəaliyyət mümkündür, nə də normal yaşayış. Gənclərin elmə maraq göstərməməsinin əsas səbəblərindən biri də budur. Onlar elmə yox daha gəlirli sahələrə yönəlirlər.

Azərbaycanda fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olanların sayı son illər artsa da bu artım daha çox formaldır. Keyfiyyətli tədqiqat işi aparan alimlərin sayı çox azdır. Bunun bir səbəbi də elmdə hökm sürən məmurlaşma və qapalı struktur sistemidir. Gənc alimlərə meydan verilmir, təşəbbüslər dəstəklənmir, elmi layihələr isə çox zaman ya formal şəkildə bölüşdürülür ya da inzibati əngəllərlə qarşılaşır.

Elmi mühitdə məmur düşüncəsi hökm sürdükcə orada yaradıcı tədqiqat ruhu ola bilməz. Elm təşəbbüs, cəsarət, risk və yenilik tələb edir. Bu dəyərləri boğan bir sistem sadəcə “mövcudluq” səviyyəsində qalacaq.

Hökumət son illərdə müəyyən addımlar atıb: “Elm haqqında qanun” qəbul edilib, elmi fəaliyyətlərin maliyyələşdirilməsi üçün yeni fondlar yaradılıb. Lakin bu addımlar hələ ki, nəticə verməyib. Əgər bu siyasət real islahatla müşayiət olunmazsa sadəcə qanun və fond yaratmaqla elmi inkişaf etdirmək mümkün olmayacaq.

Əsl elmi yüksəliş üçün elmi tədqiqatların maliyyəsi artırılmalıdır, alimlərin maaşı əhəmiyyətli dərəcədə yüksəldilməlidir, gənclərin elmə gəlməsi üçün xüsusi stimullaşdırıcı proqramlar həyata keçirilməlidir. Və ən əsası — elm məmur əlindən xilas edilməlidir.

Bu gün elm adamları üçün təbrik yox dəyişiklik lazımdır. Elm cəmiyyətin beynidir. Əgər o inkişaf etmirsə, deməli cəmiyyət gələcəyə kor baxır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Mart 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri