Icma.az
close
up
RU
400 manat maaşla elm olar? Alimlərimiz acınacaqlı vəziyyətdədir Təhsil eksperti

400 manat maaşla elm olar? Alimlərimiz acınacaqlı vəziyyətdədir Təhsil eksperti

Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"400 manat maaşla elm olar? Alimlərimiz acınacaqlı vəziyyətdədir" - Təhsil eksperti

Məlum olduğu kimi bu gün, martın 27-si Azərbaycanda Elm Günüdür. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Günü təsis edilib. Bu əlamətdar gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir.

Bəs Azərbaycan elmi bu gün hansı vəziyyətdədir?

Oxuməni.az Musavat.com-a istinadən xəbər verir ki, Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, Azərbaycan elminin inkişafı ciddi şəkildə dayanıqsızdır və sistemli problemlərlə qarşı-qarşıyadır:

"2023-cü ildə Scimago Institutions Rankings məlumatlarına əsasən Azərbaycan elmi dünya reytinqində 113-cü yerdə qərarlaşıb. Bu göstərici ilə biz hətta Gürcüstan kimi əhalisi və resursları bizdən az olan ölkədən belə geri qalırıq. Elm və Ali Təhsil üzrə Qlobal İnnovasiya İndeksində də Azərbaycanın mövqeyi zəifdir — 2023-cü ildə 138 ölkə arasında 92-ci yer. Bütün bunlar bir daha göstərir ki, ölkəmizin beynəlxalq elmi məkanla inteqrasiyasında ciddi boşluqlar var.

Halbuki elmi inkişaf təkcə universitetlərdə və laboratoriyalarda baş vermir. O həm də ölkənin beynəlxalq rəqabət gücünü, innovativ potensialını, iqtisadi müstəqilliyini formalaşdırır. Elmə sərmayə qoymayan ölkə gələcəyə sərmayə qoymur.

Azərbaycanda elmi tədqiqatların maliyyələşdirilməsində əsas yük hələ də dövlət büdcəsinin üzərindədir. 2024-cü ilin dövlət büdcəsində elmi tədqiqatlara ayrılan vəsait 95 milyon manat təşkil edib. Bu ümumi büdcənin cəmi 0.5%-i deməkdir. Müqayisə üçün: Avropa İttifaqı ölkələri elmə orta hesabla 2-3% arası vəsait ayırırlar. İsrail bu rəqəmi 4.9%-ə, Cənubi Koreya isə 4.6%-ə çatdırıb. Yəni inkişaf etmiş ölkələr elmi strateji sahə kimi görür biz isə hələ də onu simvolik səviyyədə dəstəkləyirik".

Ekspert qeyd edir ki, digər böyük problem elmi kadrların sosial rifahıdır. Belə ki, elmi-tədqiqat institutlarında çalışan alimlərin orta aylıq maaşı 400-600 manat arasında dəyişir:

"Bu maaşla nə elmi fəaliyyət mümkündür, nə də normal yaşayış. Gənclərin elmə maraq göstərməməsinin əsas səbəblərindən biri də budur. Onlar elmə yox daha gəlirli sahələrə yönəlirlər.

Azərbaycanda fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olanların sayı son illər artsa da bu artım daha çox formaldır. Keyfiyyətli tədqiqat işi aparan alimlərin sayı çox azdır. Bunun bir səbəbi də elmdə hökm sürən məmurlaşma və qapalı struktur sistemidir. Gənc alimlərə meydan verilmir, təşəbbüslər dəstəklənmir, elmi layihələr isə çox zaman ya formal şəkildə bölüşdürülür ya da inzibati əngəllərlə qarşılaşır.

Elmi mühitdə məmur düşüncəsi hökm sürdükcə orada yaradıcı tədqiqat ruhu ola bilməz. Elm təşəbbüs, cəsarət, risk və yenilik tələb edir. Bu dəyərləri boğan bir sistem sadəcə “mövcudluq” səviyyəsində qalacaq.

Hökumət son illərdə müəyyən addımlar atıb: “Elm haqqında qanun” qəbul edilib, elmi fəaliyyətlərin maliyyələşdirilməsi üçün yeni fondlar yaradılıb. Lakin bu addımlar hələ ki, nəticə verməyib. Əgər bu siyasət real islahatla müşayiət olunmazsa sadəcə qanun və fond yaratmaqla elmi inkişaf etdirmək mümkün olmayacaq.

Əsl elmi yüksəliş üçün elmi tədqiqatların maliyyəsi artırılmalıdır, alimlərin maaşı əhəmiyyətli dərəcədə yüksəldilməlidir, gənclərin elmə gəlməsi üçün xüsusi stimullaşdırıcı proqramlar həyata keçirilməlidir. Və ən əsası — elm məmur əlindən xilas edilməlidir.

Bu gün elm adamları üçün təbrik yox dəyişiklik lazımdır. Elm cəmiyyətin beynidir. Əgər o inkişaf etmirsə, deməli cəmiyyət gələcəyə kor baxır".

Oxuməni.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 27 Mart 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri