Icma.az
close
up
RU
“400 manatlıq ütü aldım, aylardır problem həll olunmur” Baku Electronics dən ŞİKAYƏT

“400 manatlıq ütü aldım, aylardır problem həll olunmur” Baku Electronics dən ŞİKAYƏT

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Baku Electronics" mağazalar şəbəkəsindən alınan ütü ilə bağlı narazılıq sosial şəbəkədə gündəm olub.

Redaktor.az xəbər verir ki, bununla bağlı vətəndaş sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, 2026-cı ilin may ayında "Baku Electronics"dən 400 manatlıq ütü alıb və məhsula görə əlavə 50 manat ödəyərək zəmanət götürüb:

"400 manatlıq məhsuldan gözləntim çox sadə idi: ən azı öz funksiyasını normal yerinə yetirsin. Amma məhsul paltarların qırışlarını düzgün açmır, istifadə zamanı ərp tökür və paltarları korlayır. Şikayət etdim, məni servisə göndərdilər. Servisə getdim, mənə “problem yoxdur” dedilər. Dedim, problem yoxdursa, gəlin özünüz yoxlayın. Köynək verdim və ütüləmələrini istədim. Nəticədə ütü köynəyin qırışlarını normal açmadı və üstəlik yenə ərp parçanın üzərinə töküldü".

Şikayətçi hadisəni video ilə də qeydə aldığını və servis əməkdaşlarının da problemi gördüyünü bildirib:

"Bundan sonra artıq problemi qəbul etdilər və məndən ərizə yazmağımı istədilər. Ərizədə bütün problemləri qeyd etdim və açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim. Təxminən 1 ay gözlədim, xəbər yoxdur. 12 avqustda yenidən mağazaya getdim. Yenə ərizə yazdırdılar. Bu gün 30 avqustdur. Hələ də nəticə yoxdur".

Vətəndaş məsələnin bu qədər uzadılmasından narazılığını ifadə edib:

"400 manatlıq məhsul alıb, üstəlik 50 manat əlavə zəmanət pulu ödəyən müştəri öz probleminin həlli üçün neçə ay gözləməlidir? Müştərini mağazadan servisə, servisdən mağazaya göndərməklə məsələ həll olunmur. Əgər məhsul həqiqətən problemsizdirsə, bunu rəsmi şəkildə sübut edin. Əgər məhsulda problem varsa, onda müştərinin müraciətinə normal münasibət göstərin və problemini həll edin. Mən aylardır pulunu ödədiyim, amma normal istifadə edə bilmədiyim məhsulla bağlı vaxt itirmək və qapı-qapı gəzmək məcburiyyətində deyiləm".

Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 Avqust 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri