Icma.az
close
up
RU
41 alimə qarşı həqarət... Təhsil eksperti ilə universitet arasında QALMAQAL

41 alimə qarşı həqarət... Təhsil eksperti ilə universitet arasında QALMAQAL

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Stanford Universitetinin dünyada tanınan Azərbaycan alimləri ilə bağlı açıqladığı siyahı müzakirələrə səbəb olub. Qeyd edək ki, siyahıda Azərbaycan üzrə 41 tədqiqatçının adı çəkilib. Onların bir çoxunun Xəzər və Qərbi Kaspi universitetlərində çalışdığı qeyd olunub. Lakin mətbuatda həmin alimlərin adı çəkilən universitetlərdə işləmədiyi və Azərbaycanda yaşamadıqları ilə bağlı iddialar yayılıb, Xəzər və Qərbi Kaspi universitetləri saxtakarlıqda ittiham olunub.

Qərbi Kaspi Universiteti Stanford Universitetinin açıqladığı məlumatların şübhə altına alınmasına etiraz edib. Universitet mətbuatda yayılan iddiaların doğru olmadığını bildirib və Stanford Universitetinin açıqladığı məlumatların həqiqəti əks etdirdiyini təsdiqləyən sübutlar təqdim edib.


Bakupost.az məsələ ilə bağlı Qərbi Kaspi Universitetinin yaydığı açıqlamanı olduğu kimi təqdim edir:

"Bu məlumat ötən gün özünü təhsil “eksperti” kimi təqdim edən Kamran Əsədovun, həmçinin onun yazısını geniş auditoriyaya yayımlayan www.tribunainfo.az saytının Qərbi Kaspi Universitetinin adını çəkməklə yerləşdirdiyi çirkin yazının yaratdığı etiraz hissi və təhsillə maraqlanan vicdanlı insanlara məsələnin mahiyyəti barədə doğru məlumat vermək istəyinin nəticəsidir.

İlk növbədə, Stenford kimi nüfuzlu universitetin təhlilini şübhə altına almaq qeyri-peşəkar yanaşmanın göstəricisidir. Azərbaycandan 41 elmi tədqiqatçının olmasını qabartmaq, elmimizi yüksək qiymətləndirmək əvəzinə öz işini düzgün qura bilmiş universitetləri təhqiredici ifadələrlə ittiham etmək, adlarını qaralamaq nə deməkdir?

Əlavə etdiyimiz siyahıda müxtəlif ölkələrdə çalışan əcnəbi və ya azərbaycanlı alimlərin özünü hansı universitetlə əlaqələndirdiyi göstərilib. Baxaq bu universitetlər hansılardır? Bahoo! Burada az qala bütün Azərbaycan universitetlərinin adları var ki! Bəs nə əcəb bu düşük şərbaz onları saxtakar adlandırmayıb?

Hazırda əcnəbi alimlər Qərbi Kaspi Universiteti ilə əməkdaşlıq edir və bu əlaqələr uzun illərdir davam edən beynəlxalq elmi layihələrin, birgə tədqiqat proqramlarının nəticəsidir. Universitetin bu cür əməkdaşlıq fəaliyyəti tədris, elmi tədqiqat və universitetlərin ümdə vəzifəsi olan digər fəaliyyətlərə qapı açan bir mərhələdir, məhsuldar strategiyadır! Dayaz düşüncəli adamların məqsədli və həyasızcasına dilinə gətirdiyi saxtakarlıq deyil! Saxtakarlıq - anlamadığı bir iş barədə gözünü qırpmadan, qarşı tərəfə bir sual verib anlamağa cəhd etmədən, damğa vurmağa, insanları çaşdırmağa yönəlmiş iftiraları ifraz etməkdir.

Universitetimizin əməkdaşlıq etdiyi və dünya elmində ciddi mövqe tuta bilmiş tədqiqatçılar təkcə bizim araşdırma layihələrimizdə iştirak etmir. Keçirdiyimiz konfranslarda, simpoziumlarda, nəşr etdiyimiz və nəşrinə yeni başladığımız beynəlxalq ingilis dilli elmi jurnalların redaksiya heyətlərində, məqalələrə rəylərin yazılmasında və son illər tədris prosesində fəal iştirak edirlər. Hal-hazırda bir sıra ölkələrdən olan tədqiqatçılar, müəlliflər universitetdə blok şəkilində tədrislə məşğul olur. Yəni Bakıya gələrək öz fənlərini bir ay ərzində tədris edib və edirlər. Növbəti semestrdə onlarla belə alim universitetimizlə artıq müqavilə imzalayıb və tədris prosesinə qoşulur. Qoy izah etsin görək, universitetimizlə əməkdaşlıq edən alimlərin bizimlə faktiki olaraq heç bir əlaqəsi olmadığı barədə “dərin” bilikləri haradan qaynaqlanır? Bəlkə sənə bu sifarişin verilməsi tədqiqat işini düzgün qura bilməyən “tovariş”lərin qısqanclıq qusuntusudur?

Qlobal elmi reytinqlər fiziki mövcudluğu deyil, tədqiqat şəbəkəsini ölçür. Stenford siyahısı tədqiqatçının elmi nüfuzuna əsaslanır.

Qərbi Kaspi Universiteti ilə əməkdaşlıq edən 30-40 deyil, 70-dən çox alim-müəllimləri universitetə gəldikcə bir-bir sübut olaraq özünü təhsil eksperti kimi cəmiyyətə soxuşduran təhsil alverçisinin və tələbə köçürmələri ilə ad çıxarmış möhtəkirin, xırda mafioz “ekzemplyar”ın gözünə soxacağıq. Bu adamlar üçün reketlik, onun-bunun sifarişi ilə kimisə qaralamaq bir həyat tərzidir. Bir şeyi bilmədən, öyrənmədən, dəqiqləşdirmədən, ala-bula “ekzpertiza”sı ilə özünü hər yerə soxub başından böyük hərəkət edir. Yüzlərlə vicdanlı insanın zəhməti nəticəsində başa gələn işə belə asanlıqla və düşükcəsinə damğa vurur!

Akademik institutların müxtəlif universitetlərə adını yapışdırmaqla məqalə sayını artırması normaldır? 500 kv.m ərazidə tədqiqat mərkəzi qurmaq, əməkdaşlıq qurmaq saxtadır? Köçürmə möhtəkiri, təhsilin “t”sindən xəbəri olmayan, öz intellekti ilə anlaya bilmədiyi məsələlərə bazar əhli səviyyəsində qiymət verir. Onun yazdıqlarını yayımlayan mətbuat orqanı da onun tayıdır. Anlamır ki, etdiyi reket fəaliyyətindən başqa bir şey deyil! Sən bu cəmiyyəti nə sayırsan? Onun üçün sən kimsən axı? Həmin Qərbi Kaspi Universitetindən qovulan sən deyilsənmi? Özünü universitetə sırıyıb, tələbələrin kontaktlarını yığıb digər universitetlərə köçürmə ilə məşğul olmaq, öz çirkli biznesinə imkanlar yaratmaq, qısa zamanda da qovulmaq. Bəlkə bunun qıcığı qalıb içində?

Alimlərin, müəllimlərin universitetə aid olmasını nə müəyyən edir? Neçə il işləməlidirlər? 30 il? Bu yazıda istinad edilən, Stenford siyahısında adları qeyd edilən müəllimlərin dilindən tutmamışıq ki, özünü hansı universitetə aid etdiyini qeyd etsin? Bu möhtəkirin cəsarəti çatmadı ki, o siyahıdakı universitetlərin hamısının adlarını çəksin və desin saxtakardırlar? Belə olsaydı, fakt doğru olmaya bilərdi. Heç olmasa, yaramazın biri olmazdı.

Sonda bir daha bu adamcığaza deyirik, yerini bil! Akademik həyatı bulandırma, sənin yerin deyil!"


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Oktyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see165

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see163

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see159

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see148

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see138

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see137

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri