Təhsil ocağında qalmaqal: Pullu məktəb etmək istəyirlər
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbdə lisey yaradılması xəbəri valideynlərin etirazına səbəb olub.
Oxu.Az-ın Baku TV-yə istinadla xəbərinə görə, onlar bildiriblər ki, övladları digər təhsil ocaqlarına köçürüləcəyi təqdirdə ciddi problemlə üz-üzə qalacaqlar.
"Şəhərin mərkəzində olan məktəbdir, mindən çox şagird təhsil alır. Buranı pullu məktəb etmək istəyirlər. Bəs kasıb-kusubun uşağı hara gedəcək?", - deyə valideynlərdən biri narazılığını dilə gətirib.
Məktəbin direktoru Vüqar Nəsirov bildirib ki, lisey layihəsi ilə bağlı müzakirələr aparılıb:
"Rayonumuz üçün vacib layihələrdən hesab olunur. Valideynləri də başa düşmək olar, yerdəyişmə ilə əlaqədar narahatdırlar. Ona görə də sözügedən layihə başqa bir yerdə həyata keçiriləcək. Artıq bu barədə Regional Təhsil İdarəsindən və Rayon Təhsil Sektorundan mənə məlumat verilib".
Təhsil ocağında qalmaqal: "Pullu məktəb etmək istəyirlər"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 13 Fevral 2025 00:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















