Icma.az
close
up
RU
41 ə dözən 45 ə də... “Azərbaycanlılar belə istilərə artıq öyrəşib”

41 ə dözən 45 ə də... “Azərbaycanlılar belə istilərə artıq öyrəşib”

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“Biz cənub enliyində məskunlaşmışıq və azərbaycanlılar kəskin istilərə daha çox öyrəşib. Afrika, yaxud səhralıq ərazilərdə olan insanlar belə havalarda əziyyət çəkmirlər".

Bunu "Yeni Sabah"a coğrafiyaşünas Səid Səfərov deyib.

O, son həftələrdə 41 dərəcədən aşağı enməyən isti və bürkülü hava şəraiti ilə bağlı qeyd edib: Sezar pizza

"Sizcə, niyə Azərbaycanda bu dərəcədə istiyə dözmək mümkün olduğu halda, tutalım, Moskvada termometrin 34 göstəricisinə dözmək olmur? Həqiqəti bilmək üçün Azərbaycan və Moskvanın hansı enliklərdə yerləşməsinə diqqət etmək lazımdır.

Biz cənub enliyində məskunlaşmışıq və azərbaycanlılar belə istilərə daha çox öyrəşib. Afrika, yaxud səhralıq ərazilərdə olan insanlar da isti havalarda əziyyət çəkmirlər. Yəni bu, adaptasiya və uyğunluq məsələsidir.

Məsələn, ərəblərin paltarlarına nəzər salaq. İsti havaya baxmayaraq, ağ libas geyinib başlarını örtürlər. Çünki insan bədəninin və ətraf mühitin temperaturu fərqlidir. Yəni havada 50 dərəcə isti varsa, bədənimizin də temperaturu 36 dərəcədirsə, deməli, kənardan daxilimizə istilik qəbul edilir. Bunun qarşısını almaq üçün də ərəblər izolyasiya məqsədilə münasib paltarlar geyinirlər.

Bu məsələdə rütubətlilik də rol oynayır. Həmçinin, havanın hərəkəti, yəni, külək də öz yerində. Eyni temperaturda, külək olanda daha sərin olur. Rütubətlilik olarkən isə insan özünü daha pis hiss edir. İsti olanda insan tərləyir və tər buxarlanır.

Beləliklə, istilik insanın bədənindən çıxır. Lakin hava çox rütubətli olanda insan tərləyə də bilmir ki, insan sərinləsin. Moskvada da həmçinin, rütubətlilik çoxdur. Ona görə də isti havada onlar daha çox əziyyət çəkirlər”.

Meteoroloq Cavid Hüseynov isə sözügedən məsələyə belə şərh verib:

“İnsan orqanizmi isti mühitdə özünü soyutmağa çalışır və bu məqsədlə tər ifraz edir. Ancaq yüksək rütubət şəraitində tərləmə bədəni soyutmur, əksinə, istiləşməyə davam edir. Bu da öz növbəsində suyun və eyni zamanda insan üçün faydalı mikroelementlərin itkisinə səbəb olur.

İsti və rütubətli havada insanlarda qan təzyiqi aşağı düşür, əzələ spazmları, maye itkisi ilə müşayiət olunan disorientasiya və süstlük yaranır, bu da təfəkkürün pozulması və huşun itirməsinə səbəb ola bilir.

Havanın aşağı rütubəti də insan sağlamlığı üçün əlverişsizdir, çünki bu, tənəffüs yollarının, gözlərin, burun və ağızın selikli qişalarının qurumasına səbəb olur. Bu da, bədənin qoruyucu funksiyalarını azaldır və müxtəlif infeksiyalara yoluxma riskini artırır(dərinin qurumasına, soyulmasına, qaşınmasına, çatlara, eritemalara səbəb olur). Bundan əlavə, qıcıqlanma, baş ağrısı, narahatlığa səbəb olan statik elektrikin yığılmasına kömək edir.

Dünya Səhiyyə Təşkilatının (DST) tövsiyələrinə əsasən, insan sağlamlığı üçün nisbi rütubətin optimal səviyyəsi 40-60% təşkil edir. Bu səviyyədə tərin buxarlanması və selikli qişaların nəmlənməsi arasında tarazlıq yaranır və havada zərərli maddələrin və mikroorqanizmlərin konsentrasiyası azalır. Bununla belə, real şəraitdə havanın rütubəti iqlim, mövsüm, hava, istilik, kondisioner və digər amillərdən asılı olaraq optimal səviyyədən əhəmiyyətli dərəcədə fərqlənə bilər.

İnsanın özünü rahat hiss etməsi üçün optimal temperatur diapazonu 20-24° C-dir. 18°C-dən aşağı və ya 26°C-dən yuxarı temperatur narahatlığa səbəb ola bilər”.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Avqust 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri