Icma.az
close
up
RU
“Cəmiyyət artıq çoxdan neftsiz yaşamağa öyrəşib Məmurlar isə hələ də...”

“Cəmiyyət artıq çoxdan neftsiz yaşamağa öyrəşib Məmurlar isə hələ də...”

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İlham Şaban: “Cəza, tarif və vergi yükünü artırmaqla iqtisadi möcüzə yaratmaq mümkün deyil”

Maliyyə Nazirliyi dövlət büdcəsinin cari ilin 9 ayı üzrə icrasına dair hesabat yayıb. Bildirilir ki, bu dövrdə dövlət büdcəsində 4 milyard 474,2 milyon manatlıq profisit yaranıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, büdcənin gəlirləri 29 milyard 142,4 milyon manat, xərcləri isə 24 milyard 668,2 milyon manat təşkil edib. Halbuki ilin əvvəlində büdcənin 41 milyard manat xərclə və 3 milyard manat kəsirlə planlaşdırıldığı bildirilmişdi. Əgər hər şey plana uyğun getsəydi, bu günə qədər büdcə xərcləri təxminən 31 milyard manat, kəsir isə 750 milyon manat civarında olmalı idi.

İ. Şaban qeyd edib ki, Dövlət Vergi Xidməti vasitəsilə büdcəyə 12 milyard 455,8 milyon manat (ümumi daxilolmaların 42,7 faizi), Dövlət Neft Fondundan isə 10 milyard 860,7 milyon manat (37,3 faiz) vəsait daxil olub. Lakin Maliyyə Nazirliyi neft-qaz sektoru üzrə konkret rəqəmləri açıqlamayıb.

Ekspertin fikrincə, hökumət 2015-ci il iqtisadi böhranından sonra neft və qaz gəlirlərinin ön plana çəkilməsindən çəkinir. Bunun əvəzinə, qeyri-neft sektorundakı müsbət göstəricilər cəmiyyətə təqdim edilir. 

“Bu yanaşmanın iki məqsədi ola bilər: birincisi, cəmiyyəti psixoloji baxımdan postneft dövrünə hazırlamaq; ikincisi isə göstərmək ki, Azərbaycan neftsiz də yaşaya bilər”, – deyə Şaban bildirib.

O əlavə edib ki, sosial şəbəkələrdəki reaksiyalara əsasən, cəmiyyət artıq neft gəlirlərinə bağlı olmayan həyat tərzinə uyğunlaşıb. Lakin məmur təbəqəsi öz rifahını hələ də neft pulları ilə təmin etməyə çalışır.

İ. Şabanın qənaətinə görə, iqtisadiyyatda real inkişaf üçün yalnız cəza, tarif, aksiz və vergi yükünün artırılması kifayət deyil.

“Qeyri-neft sektorunda da 31 il əvvəl neft müqavilələrinə tətbiq olunan ‘pay bölgüsü’ tipli aydın və şəffaf mexanizmlərə ehtiyac var”, – deyə ekspert vurğulayıb.

Rasim Əliyev

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Oktyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri