Icma.az
close
up
RU
41 yaşlı kişi sevgilisini boğmaq istədi TƏFƏRRÜAT

41 yaşlı kişi sevgilisini boğmaq istədi TƏFƏRRÜAT

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunda 1984-cü il təvəllüdlü Əfqan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə yaşadığı Ləmana (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 20 sentyabr 2024-cü ildə Sabunçu rayonu, Bilgəh qəsəbəsində baş verib. Əfqan həmin gün  saat 22 radələrində yaşadıqları evdə qeyri rəsmi yaşadığı Ləman ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əlləri ilə onun boğazından tutaraq sıxıb, ona sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib.
Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2024-cü ilin mayında Ləmanla tanış olub və qeyri-rəsmi olaraq bir yerdə yaşayıblar: “Hadisədən on gün qabaq Ləman uşağının hazırlığa getməsi üçün 200 manat istədi. Mən Ləmana 200 manat pulum olmadığını dedim və aramızda inciklik yaranmış sonra onun yanına gəlmədim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Ləman  onun kirayə qaldığı evə gəlib və onunla birgə yaşamaq istədiyini deyib: “Mən 10 gündür harada olduğunu soruşanda kobud cavab verərək uşağının yanında olduğunu bildirdi. Mən Ləmanın həm geyiminə görə, həm də  məni təhqir etdiyini görə evdən qovdum. Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı Ləmanın boğazından tutaraq boğdum. Ləman əli ilə mənim əllərimi boğazından çəkərək hadisə yerindən kənarlaşdı”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, təqsirləndirilən Əfqan ilə altı ay qeyri rəsmi olaraq bir yerdə yaşayıblar: “Sonradan Əfqan mənimlə mübahisə etməyə başladı. Buna görə də  münasibətlərimizdə soyuqluq yarandı. Hadisə günü saat 22 radələrində Əfqan məni yaşadığı evə çağırdı və həmin evə getdim. Bu zaman aramızda mübahisə baş verdi və mübahisə zamanı Əfqan ünvanıma nalayiq ifadələr işlətdi, əli ilə boğazımdan tutaraq məni boğdu. Mən Əfqanın əllərini boğazımdan ayıraraq ondan kənarlaşdım”. 
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əfqanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Fevral 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri