Icma.az
close
up
RU
37 yaşlı kişi gecəyarısı sevgilisini döydü TƏFƏRRÜAT

37 yaşlı kişi gecəyarısı sevgilisini döydü TƏFƏRRÜAT

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sumqayıt şəhərində 1987-ci il təvəllüdlü Kazım şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə yaşadığı Tahirəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Kazımın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kazım ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Tahirə onun tanışıdır: “Tahirə ilə 5 ay olar ki, tanış olmuşam. Mən avtomobil ustasıyam. Tahirə bir neçə dəfə özünə məxsus avtomobili düzəltdirmək üçün yanıma gətirdi, beləcə münasibətlərimiz yarandı. Tez-tez Tahirənin yaşadığı ünvana gedərək onunla birgə vaxt keçirmişəm”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, təxminən gecə saat 01:30-da Tahirənin yaşadığı ünvana gəlib: “Evdə olduğu zaman ondan əvvəllər narkotik vasitə qəbul edib-etmədiyini soruşdum. Tahirə heç vaxt narkotik maddə qəbul etmədiyini söylədi. Lakin ona inanmadığımı bildirdim. Tahirə məni nalayiq ifadələrlə təhqir etdi. Bu səbəbdən əsəbiləşərək onu döydüm. Sonra evi tərk edərək getdim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Tahirənin sözlərinə görə, Kazımı 5 aydır tanıyır, onunla arasında qeyri-rəsmi münasibət olub: “Tez-tez yaşadığım ünvana gələrək mənimlə vaxt keçirir, həmçinin azyaşlı övladlarımı dolandırmaqda maddi cəhətdən köməklik göstərdi. Hadisə günü, gecə saat 01:30-da Kazım yaşadığım ünvana gəldi, söhbət zamanı məndən əvvəllər narkotik vasitədən istifadə edib-etməməyimi soruşdu. Mən təkidlə heç vaxt narkotik vasitə istifadə etmədiyimi bildirdim. Mənə inanmayan Kazımla aramızda sözlü münaqişə baş verdi. Münaqişə zamanı Kazım məni əl zərbələri ilə döyməyə başladı. Buna səbəb Kazımın  heç bir əsas olmadan məni narkotik vasitə istifadə etməkdə ittiham etməsi olub.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Kazımın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Dekabr 2024 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri