42 auditin 80% dən çoxunda büdcə vəsaitlərinin pozuntusu halları var Deputat
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Daha çox büdcə qanunvericiliyi və dövlət satınalmalarında qanunvericilik tələblərinin pozulması hallarının qeydə alınıb. Ona görə sual yaranır ki, “Dövlət satınalmaları haqqında” qanunun ötən ilin yanvarın 1-dən qüvvəyə minməsinin bu pozuntuların sayına və ya azalmasına təsiri müəyyənləşdirilibmi?”
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
“Sözsüz ki, vergi üzrə baxanda 35% mənfəət vergisini əhatə etməsi ondan xəbər verir ki, dövlət orqanlarında mənfəət vergisinin gizlədilməsi halları kifayət qədər çoxdur. Rəqəmlər də göstərir ki, 42 auditin 34-də, yəni 80%-dən çoxunda büdcə vəsaitlərinin pozuntusu halları var. Bu, kifayət qədər ciddi rəqəmdir. Dövlət satınalmaları ilə bağlı pozuntularda 57% satınalmalar hər hansı bir tender keçirilmədən, birbaşa fərdi bağlanan müqavilələrdir. Bu da ondan xəbər verir ki, 2024-cü ildə dövlət satınalmaları ilə bağlı birbaşa bir mənbədən satış artıb. Bu da şəffaflığa təsir göstərən əsas faktorlardan biridir”, - deyə deputat bildirib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 15 Aprel 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















