Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Artıq 20 günə yaxın müddətdir ki, İranda baş verən aksiyalar, sonradan bu aksiyaların iğtişaşlara çevrilməsi fonunda dünyanın gündəmi Venesueladan Yaxın Şərqə çevrilib. ABŞ-nin okeanın o biri tərəfindən İrana hansısa təhdidinin olmadığını düşünənlər regiondakı vəziyyətə nəzarətin İsrail tərəfindən gücləndiriləcəyini ehtimal edir.
Avtosfer.az xəbər verir ki, bu gün Rusiya Prezidenti ladimr Putinin həm İran Prezidenti Pezeşkian, həm də İsrailin Baş naziri Netenyahu ilə telefon danışığı baş tutub. Özü Ukrayna ilə müharibə aparan Putin Yaxın Şərqdə güclü əlaqələri olan İranı qorumaqdan da çəkinmir. Beynəlxalq dairələri maraqlandıran isə başqa məsələdir: ABŞ İsraili yenidən İrana hücumlar üçün lazımı vəsaitlərlə təmin edəcək? Tramp həqiqətən də İran xalqını xilas etmək üçün region silkələyir, yoxsa məqsəd Venesuelada olduğu kimi İran neftinə sahib olmaqdır?
Mövzu ilə əlaqədar politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, ABŞ-nin məqsədi İran xalqına kömək etmək deyil:
“Yəni, burada söhbət daha çox İran neftinə sahib olmaqdan gedir. İrandakı hakimiyyət əgər indiki siyasətdən imtina edərsə, yəni Qərbi və İsraili özünə düşmən görməkdən imtina edərsə və Səudiyyə Ərəbistan kimi, məsələn, loyal siyasətə qayıdarsa, ABŞ öz mövqeyini dəyişə bilər və İranı neft pazarına buraxa bilər. Tramp administrasiyası üçün maraqlı olan İranın neft mənbələrini ələ keçirməkdir.
Bu, birinci məsələ. İkinci məsələ isə Rusiya Prezidenti Vladimir Putinin İranlı həmkarına zəng edərək, onunla telefon danışıq yaparması və paraleldə Rusiya və İran arasındakı münasibətlər barəsində söylədiyi fikirlər, bu əslində ABŞ-yə bir mesajdır ki, bundan əvvəl Venesuelada etdiyinizi İranda təkrarlaya bilməzsiniz. Venesuela və İran məsələsi bir qədər fərqlidir.
Əvvəldən də deyildiyi kimi Nikolas Maduro artıq Venesyelada legitimliyini itirmişdi. Yəni, onun hakimiyyətdən gedişi artıq qəbul olunurdu. Sadəcə olaraq Rusiya, Suriyada buraxdığı səhvi - Bəşər Əsədi zor gücünə hakimiyyətdə saxlamağı Venesuelada Maduroya etmədi.
Yəni, bunu özünün səhvi olduğunu Suriyada artıq başa düşmüşdü. Nəticə etibarilə, düşünürəm ki, heç uduzmadı. Yəni, Venesuelada indiki hakimiyyət yerində qalıb, sadəcə olaraq Maduro dəyişdi və Rusiyanın mövqeləri orada qorunur. Ancaq İranda bunun baş verməsinə Rusiya tərəfi çox da qəbul etməyəcəyini telefon zənginlərilə artıq ABŞ-yə göstərir. Paralel şəkildə, Pezeşkianla və İsrailin baş naziri Benjamin Netenyahu ilə Putinin telefon danışığı aparması bir mesajdır ki, əgər İsrail İrana hücum edərsə, Rusiya ilə İsrail arasındakı münasibətlərin gərginləşməsinə səbəb ola bilər.
Moskva İran məsələsində, görünür, açıq oynayır, Venesueladan fərqli olaraq”.
Səfər
Oxunub 22
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 16 Yanvar 2026 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















