Icma.az
close
up
RU
42 milyon manatı leqallaşdıranlar HAKİM QARŞISINDA

42 milyon manatı leqallaşdıranlar HAKİM QARŞISINDA

Icma.az bildirir, Lent az portalına istinadən.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə Azərbaycanda dövlət portalı vasitəsilə 42 milyon manatlıq vəsaiti leqallaşdırmaqda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmədə anket məlumatlarını dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilənlər məhkəməyə vəsatətlər bildiriblər.

Təqsirləndirilən şəxslər vəsatət verərək, ev dustaqlığına buraxılmaları və işin Baş Prokurorluqdan alınaraq ibditai araşdırmaya qaytarılmasını, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə verilməsini məhkəmədən istəyiblər.

Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını məhkəmədən istəyib.

Belə olduğu təqdirdə təqsirləndirilən şəxslər dövlət ittihamçısına etiraz etdiklərini bildiriblər.

Qısa müşavirədən sonra məhkəmə tərkibi dövlət ittihamçısına verilən etirazın  baxılmamış saxlanıldığını, digər  vəsatətlərin təmin olunmadığını, işin məhkəmə baxışına verilərək,  31 iyul saat 17:30-a təyin olunduğunu elan edib.

Xatırladaq ki, ibtidai istintaqı Baş Prokurorluqda aparılan cinayət işi üzrə ittiham olunanlar Azad Rəsulov, Şahin Mustafayev, Emin Hacıyev, Məhərrəm Hüseynov, Çingiz Cəfərli, Tural Qədirov, Anar Əhmədov, Vüsal Osmanov, Bəxtiyar Məmmədov, Xəyyam Hacıyev, Tərxan Şirinov yalançı sahibkarlıq subyektləri təsis etməklə 42 milyon manata yaxın vəsaiti leqallaşdırmaqda ittiham olunurlar.

İstintaqla müəyyən edilib ki, mütəşəkkil dəstənin fəaliyyətini vahid mərkəzdən idarə edən Çingiz Cəfərli və istintaqla şəxsiyyətləri müəyyən edilməyən qeyriləri dəstə halında 2021-2024-cü illər ərzində yalançı sahibkarlıq subyektləri olan hüquqi şəxsin və müəssisə kimi fəaliyyət göstərən fiziki şəxslərin faktiki rəhbərləri olaraq vəzifəli şəxs kimi müəyyən olunmayan ünvanlarda, vaxtlarda və texniki vasitələrlə Dövlət Vergi Xidmətinin veb səhifəsinə giriş edərək saxta əməliyyatlar aparıblar.

Dəstə üzvləri Dövlət platforması olan, Dövlət Vergi Xidmətinin “www.e-taxes.gov.az” rəsmi internet səhifəsində guya malların real alqı-satqısı, xidmət göstərilməsi və iş görülməsi əməliyyatlarının aparılmasına dair 1 419 sayda saxta elektron qaimə-fakturalar, bildirişlər, müqavilələr, təhvil-təslim aktları və digər sənədlər tərtib edib informasiya resurslarına və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mütəşəkkil dəstə tərkibində vəzifə saxtakarlığı törədiblər.

Bununla da dəstə üzvləri tərəfindən əmlakın həqiqi xarakterinin, yerinin, onlara sərəncam verilməsinin, onların əmlaka olan hüquqların və onların kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə ümumilikdə 41 818 630.21 manat məbləğində maliyyə vəsaiti müxtli əqdlər həyata keçirilməklə leqallaşdırılıb.

Təqsirləndirilən dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 178.4, 193.3.1, 193-1.3.1, 193-1.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 İyul 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri