42 min manatı mənimsəyən qadın saxlanıldı Foto
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 33 yaşlı Fidan Məmmədova saxlanılıb.
Axar.az xəbər verir ki, o, ayrı-ayrı vaxtlarda 11 vətəndaşı dövlət qurumlarına müxtəlif vəzifələrə işə düzəltmək vədi ilə aldadaraq 42 min manata yaxın pul vəsaitini ələ keçirib.
Faktla bağlı Sumqayıt ŞPİ-də cinayət işi başlanılıb, hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.
F.Məmmədovanın analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Bakıda əməliyyat: 251 min manatı mənimsəyən saxlanıldı
02 Dekabr 2024 11:56
Lənkəranda dələduzluq: 42 min manatı mənimsədi Yeni Sabah
04 Noyabr 2024 17:40
Azərbaycanda 42 min 500ə telefon satılır FOTO
28 Noyabr 2024 17:54
Azərbaycanda 42 min manata telefon satılır FOTO
28 Noyabr 2024 18:35
Cinayət törədən 42 nəfər saxlanıldı
08 Noyabr 2024 10:13

