Icma.az
close
up
RU
43 yaşlı kişi anası ilə mübahisə etdi, atasına xəsarət yetirdi

43 yaşlı kişi anası ilə mübahisə etdi, atasına xəsarət yetirdi

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abşeron rayonunda 1982-ci il təvəllüdlü Müslüm ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı atası Kamala (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 4 fevral 2025-ci ildə baş verib. Müslüm həmin gün  saat 18:30-da yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Abşeron rayonu, Fatmayı kəndindəki evdə keçmiş arvadı Könül ilə onu barışdırmaqdan ötrü müraciət etdiyi anası ilə mübahisə etdikdə həmin mübahisə əsnasında onu sakitləşdirmək istəyən  atası Kamal əsəbiləşərək həmin səbəbdən ailə məişət zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə etdib. Həmin mübahisə əsnasında həmin ünvanda atasının üzərinə hücum edib və qəsdən əvvəlcə əlləri ilə onun köynəyinin yaxasından tutmaqla itələyərək yerə yıxıb, ardınca yerə yıxdığı atasının bel və bədəninin müxtəlif nahiyələrinə əl, yumruq, təpiklə qəsdən zərbələr vurub. 
Hadisəni törədən Müslümün barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Müslüm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Kamal onun atasıdır: “Mən Beyləqan rayon məhkəməsinin qərarı ilə Könül ilə rəsmi olaraq boşanmışam. Hadisə baş verən günü evə sərxoş halda gələrək, anam ilə etdiyim söhbət əsnasında keçmiş arvadım Könül ilə barışmaq üçün mənə köməklik göstərmələrini xahiş etməyimə baxmayaraq, anam əhəmiyyət vermədi. Belə olduqda anam ilə aramızda yaranmış mübahisənin səsimə atam yaxınlaşaraq, sakitləşdirməyə çalışdı. Lakin içkili olduğumdan atamın köynəyinin yaxasından tutub itələyərək yerə yıxdım. Atamı  vurmadığımı isə tam xatırlamıram”.
Təqsirləndirilən şəxs qeyd edib ki, baş vermiş hadisə barədə anası telefonla Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat verib. Sonda özünü təqsirli bilərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və atasının ondan şikayətçi olmamasını bildirib. 
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb. Bu səbəbdən Müslümün barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 May 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri