Icma.az
close
up
RU
Biləsuvarda 43 yaşlı kişi qardaşına xəsarət yetirdi TƏFƏRRÜAT

Biləsuvarda 43 yaşlı kişi qardaşına xəsarət yetirdi TƏFƏRRÜAT

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Biləsuvar rayonunda 1982-ci il təvəllüdlü Elbrus şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Ceyhuna xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Biləsuvar rayonun Bəydili kəndində  ötən ilin dekabrın 10-da baş verib. 
Elbrus yaşadıqları evin qarşısında qardaşı Ceyhun ilə aralarında yaranmış mübahisə zamanı onun yaşadığı evin həyətində olan dəmir çardağı satmasına icazə verməməsini əsas gətirərək qardaşına iki dəfə yumruq zərbələri ilə baş nahiyəsindən vurub. 
Hadisəni törədən Elbrusun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elbrus ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Ceyhun onun qardaşıdır, münasibətləri əvvəldən normal olmayıb: “Aramızda mütəmadi olaraq ata mülkünə görə mübahisə və narazılığımız yaranıb. Atam və anam vəfat etdikdən sonra arvadımdan ayrıldım və Biləsuvar rayon Bəydili kəndində yerləşən ünvanda tək yaşamağa başladım. Heç bir rəsmi iş yerimin və gəlir mənbəyimin olmamasına görə yaşadığımız evin həyətində olan dəmir çardağı sataraq dolanışığımı təmin etmək istədim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, dekabrın 10-da, səhər vaxtlarında həmin dəmir çardağı satmaq üçün müştəri çağıran zaman qardaşı Ceyhun oraya gəlib, onun qaldığı evin ata mülkü olmasını bildirib və həmin dəmir çardağı satmağa imkan verməyib: “Bundan sonra dəmir çardağı almağa gələn müştəri getdikdən sonra qardaşıma yaşadığımız evin qarşısında, küçədə yaxınlaşaraq evin mənə atamdan mülk olaraq qalmasını, maddi imkanımın olmamasına görə həmin dəmir çardağı satmağımı bildirdim. Bu zaman qardaşım Ceyhun ilə aramızda mübahisələrimiz baş verdi. Baş verən mübahisə zamanı qardaşım Ceyhunun baş nahiyəsindən iki dəfə yumruq zərbəsi ilə vuraraq ona xəsarət yetirdim. Ceyhunu nalayiq söyüşlərlə söyərək oradan uzaqlaşdırdım. Hadisə baş verən zaman ətrafda kimsə olmayıb. Yalnız qonşumuz Elşad adlı şəxs bizi ı ayıraraq oradan uzaqlaşdırdı. Hadisə baş verən zaman Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə müraciət edərək qardaşım Ceyhun ilə aramızda mübahisələrinin baş verməsini bildirdim. Qardaşım Ceyhun da mənim barəmdə şikayət edərək döyülməsini bildirdi”. 
İş üzrə zərərçəkmiş Ceyhunun sözlərinə görə, Elbrus  onun qardaşıdır, içki aludəçisidir, mütəmadi olaraq spirtli içkinin təsiri altında yaşadıqları evə gələrək mübahisə və münaqişə yaradır: “Dekabrın 10-da saat 13 radələrində yaşadığımız kənddə hərəkətdə olan zaman qardaşım Elbrus yaşadığı ata evimizə bir neçə nəfər şəxsin daxil olmasını gördüm. Həmin şəxslər ilə söhbət edən zaman qardaşım Elbrusun evin həyətində olan dəmirləri satmaq istəməsini dedilər. Mən həmin şəxslər ilə danışaraq qardaşım Elbrusun tüfeyli həyat sürməsini, içki aludəçisi olmasını və bu səbəbə görə həmin dəmirləri satmaq istəməsini dedim. Həmin şəxslər ilə söhbət etdikdən sonra oradan çıxaraq getdik. Bir qədər sonra qardaşım Elbrus evdən çıxaraq həyət qapısının ağzına gəldi və mənə həmin şəxsləri niyə oradan göndərməyimi dedi. Sonra isə mənə yaxınlaşaraq baş nahiyəmdən bir neçə dəfə yumruq və şillə zərbələri ilə vuraraq döydü”. 
Bu cinayət işinə Bərdə Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elbrusa 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib.
Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,  Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.
Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Mart 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see366

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see253

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see216

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see195

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see163

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see149

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see149

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri