Icma.az
close
up
RU
“44 günlük müharibə ilə bağlı Ramiz Mehdiyev münasibət bildirməkdən çəkinirdi” AÇIQLAMA

“44 günlük müharibə ilə bağlı Ramiz Mehdiyev münasibət bildirməkdən çəkinirdi” AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan SSRİ süquta uğradıqdan sonra çox ağır yol keçmiş bir ölkədir. SSRİ süquta uğrayan kimi erməni barbarları bizi doğma torpaqlarımızdan vəhşicəsinə qovdular və dağıtdılar. Bundan sonra Qarabağda işğalçılıq siyasəti apardılar və 20%-dən çox torpaqlarımızı işğal etdilər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Etibar Əliyev deyib.
O qeyd edib ki, Qarabağımızın hər santimetr torpağında şəhidlərimizin, qazilərimizin və günahsız insanların qanı var:
“Bu ruh bizi incidirdi, bizim yeganə məqsədimiz və idealımız torpaqlarımızı işğaldan azad etmək idi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə biz böyük idealımıza çatdıq. Torpaqlarımız işğaldan azad olundu və həmin ərazilərdə tikinti-quruculuq işləri aparıldı. Torpaqlarımız işğal altında olanda Ramiz Mehdiyev xətti və radikal müxalifət, xüsusilə Əli Kərimli və onun ətrafı, torpaqlarımızın işğaldan azad olunmasının tərəfdarı deyildilər. Onlar bu prosesi dövlətə qarşı istifadə etməyə çalışırdılar və retorika belə idi ki, biz bir metr belə torpağımızı işğaldan azad edə bilməyəcəyik. 44 günlük müharibə ilə bağlı isə Ramiz Mehdiyev münasibət bildirməkdən çəkinmişdir”.
O bildirib ki, aricdə gizlənən bəzi şəxslər xalqı ruhdan salmaq və apatiya yaratmaq üçün, Əli Kərimli və onun ətrafı kimi təbliğatlar aparırdılar:
“Qeyd edirdilər ki, biz işğal olunmuş torpaqlarımızı azad edə bilməyəcəyik. Bu xətlər bir-biri ilə birləşir və eyni ideologiyanın daşıyıcıları idilər. Ramiz Mehdiyevin bütün hərəkətləri dövlətə qarşı olub, böyük ziyalı təbəqəsini bir-birinə qarşı qoyub, düşmənçilik toxumu səpmiş, ayrı-seçkilik yaratmışdır. Nəticədə onun addımları Azərbaycan dövlətinin apardığı daxili siyasətə qarşı yönəlmişdir. Onun antimilli hərəkətləri də açıq-aşkar görünür. Bir ziyalı və keçmiş deputat kimi hesab edirəm ki, mənim ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi. Xaricdə yaşadığım müddətdə bu məsələnin xalqda apatiya yaratdığını yaxşı bilirdim. Torpaqlarımızın işğal olunması və azad edilməsi dövrü təxminən 35 il davam etmişdir. Bu müddətdə biz özümüzü dirçəldə, təşkilatlandıra və nəticədə qələbə qazana bildik”.
Sabiq deputat diqqətə çatdırıb ki, bəzi şəxslər iqtisadi vəziyyəti önə çəkirlər:
“Amma nəzərə alınmalıdır ki,  işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinə başlamışıq. Bu, həm ölkə daxilində, həm də xaricdə yüksək qiymətləndirilir. İnsanlarımızın qanı və müdrikliyimiz hesabına torpaqlarımız işğaldan azad olunmuşdur. Bu hamı üçün sevinclə qarşılanmalı və iddiaların yerinə yetirilməsi kimi qiymətləndirilməlidir. Dövlətin və millətin həmin zəfərdən sonra bir intibahı başlamalıdır. Mən görürəm ki, intibah artıq başlamışdır və iqtisadiyyatın, təhsilin və elmin inkişafı yönündə ciddi uğurlar əldə olunacaq. Azərbaycan əsas problemini həll edib və bu müqəddəs işimizə maneçilik törədən qüvvələr qanun qarşısında cavab verməlidirlər. Hər bir günümüz zəfərin günüdür və biz bu dövləti sevməli, onun tərəfdarı olmalıyıq. Azərbaycan demokratik dövlətdir: parlament və prezident seçkiləri keçirilir. Kimin gücü və elektoratı varsa, bu prosesdə iştirak etməlidir. Lakin bəzi şəxslər bu seçkilərdən imtina edir, güclərinin olmadığı qənaətindədirlər və kənar təsirlərə əl atmağa çalışırlar. Bu da dövlətin qanunları ilə üzləşməlidir”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Dekabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri